Icma.az
close
up
RU
İsazadə: Rusiyada şovinizm yüksək həddə çatıb

İsazadə: Rusiyada şovinizm yüksək həddə çatıb

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Hələ sovetlər vaxtı ruslar azərbaycanlılara yuxarıdan aşağı baxırdılar. Məsələn, ruslar Cənubi Qafqazdan azərbaycanlılarla müqayisədə erməni və gürcülərə daha çox üstünlük verir, yaxşı münasibət göstərirdilər. Əlbəttə, dediklərim Azərbaycanda yaşayan ruslara aid deyil. Əksinə, burada yaşayan ruslar bizim necə yaxşı, qonaqpərvər olduğumuzu bilirlər. Amma Rusiyada yaşayan rusların əksəriyyəti bizə o qədər də müsbət yanaşmırdılar”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert və psixoloq Azad İsazadə hazırda Rusiya mediasında Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı aparılan kampaniyadan danışarkən deyib.
Azad İsazadə xatırladıb ki, Boris Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putinlə Azərbaycan hakimiyyəti arasında əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər olub: “Yəni tərəflər bir-birini daha yaxşı başa düşüb, ikitərəfli maraqlara uyğun davranışlar sərgilənib. Bu səbəbdən də Kremldən Azərbaycana qarşı addımlarla bağlı komanda gəlmirdi. Odur ki, münasibətlərdə bu kimi hallar özünü qabarıq göstərmirdi.
Xatırladım ki, 20 yanvar hadisəsindən sonra Azərbaycanda da Rusiyaya qarşı münasibət mənfiyə doğru dəyişdi, bəzən nifrət həddinə çatdı. Lakin rəhbərlik bu prosesi idarə edə bildi ki, qabarıq görünməsin. Ancaq son olaylardan sonra Rusiyada Azərbaycana qarşı mənfi fəaliyyəti müşahidə edirik. Mən bilmirəm, belə komanda Rusiya rəhbərliyindən gəlib, ya yox. Amma televiziylar, bloqqerlər görürlər ki, rəhbərliklər arasında, eləcə də münasibətlərdə gərginlik yaşanır, dərhal əsl xarakterlərini nümayiş etdirirlər”.
İsazadənin fikrincə, nəzərə almaq lazımdır ki, Rusiyada əhali arasında şovinizm yüksək həddədir və bunu istənilən xalqa qarşı istiqamətləndirmək mümkündür:
“Üstəlik, Rusiya səviyyəsində yuxarıdan göstəriş gəlmir ki, bu prosesi dayandırın. Ancaq biz anlamalıyıq ki, digər xalqlara qarşı da belə münasibətlər daima olub. Məsələn, ruslar ukraynalılara da yuxarıdan aşağı baxır, onları “xoxol” adlandırırdılar. Amma iki dövlət rəhbərliyi arasında vaxtilə münasibətlər müsbət olduğu üçün bu iki slavyan xalqı arasında sülh, əməkdaşlıq var idi. İndi isə tam əks proses baş verir.
Qazaxlarla bağlı da vəziyyət eyni olub. Eləcə də ermənilərə və gürcülərə də münasibət hazırda yüksək deyil. İndi şovinizm inkişaf etdiyindən ruslar düşünürlər ki, “hamı pisdir, biz yaxşıyıq”. Yanaşma təxminən belədir”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan hər zaman Rusiya ilə yaxşı davranıb, müttəfiqlik və əməkdaşlıq qurub, mehriban qonşuluq münasibətləri yaradıb: “Halbuki bizdə bəzi insanlar düşünürdülər ki, Rusiyadan bizə dost və müttəfiq olmaz. Ancaq Azərbaycan dost, mehriban qonşu ölkə olduğunu nümayiş etdirirdi. Təəssüflər olsun ki, Rusiya bizim sərnişin təyyarəmizi vurmaqla münasibətləri pozdu”.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see460

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see316

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see313

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see311

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see287

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see284

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see283

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see277

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see272

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see270

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see265

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see261

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see254

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see252

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see250

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see250

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see225

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri