Icma.az
close
up
RU
Yüksək kredit faizləri

Yüksək kredit faizləri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına görə, yeni verilən manat kreditləri üzrə ümumi orta faiz dərəcəsi bu ilin mayın əvvəlinə 17,92 faiz olduğu halda, iyun əvvəlinə 18,30 faizə yüksəlib. Bu göstərici yalnız biznes deyil, bütün kredit portfelini əhatə edir. Azərbaycanda kredit faizlərinin yüksək olması həm fərdi müştərilər, həm də biznes subyektləri üçün hər zaman ən çox müzakirə edilən və aktual olan mövzulardan biridir. Çox vaxt vətəndaşlar, sahibkarlar yerli bankların təklif etdiyi kredit faizlərini çox yüksək olmasında şikayətlənirlər. Kredit resurslarının baha olması ailə büdcəsinə əlavə yük yaradır, biznesin inkişaf imkanlarını məhdudlaşdırır və yeni investisiyaların həyata keçirilməsini çətinləşdirir. Yüksək faizlə götürülən kreditlərin qaytarılması xüsusilə kiçik və orta sahibkarlar üçün ciddi maliyyə riski yaradır. Sahibkar gəlirinin əhəmiyyətli hissəsini kredit ödənişlərinə yönəltməli olur ki, bu da istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına və biznesin inkişafına mane olur.

Mütəxəssislərin fikrincə, bundan ən çox zərər görən yeni fəaliyyətə başlayan və ya istehsalını genişləndirmək istəyən sahibkarlardır. Onsuz da bazara yeni daxil olan müəssisələrin girov imkanları məhdud, riskləri isə yüksək qiymətləndirilir. Belə şəraitdə yüksək kredit faizi onların maliyyəyə çıxışını daha da çətinləşdirir və yeni investisiyaların qarşısında ciddi maneəyə çevrilir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, faizlərin yüksək olmasının iki əsas səbəbi var. Birincisi, pulun maya dəyəridir. Bank axı öz pulunu vermir, o da pulu kənardan cəlb edir. Buna görə faiz ödəyir. Tutaq ki, bank əmanət qəbul edir və buna görə faiz ödəyir, yaxud Mərkəzi Bankdan kredit götürür. Bu cəlb etmə faizi nə qədər ucuz olarsa, bank da sərnişinlərə və ya müştərilərə o qədər ucuz kredit verər. Bizdə isə bu göstərici yüksəkdir. Əmanətlər üzrə faizlər 10-12 faiz ətrafındadır. Yəni bank bu pulu cəlb edirsə, deməli, həmin faizi ödəməlidir. Bank kredit verəndə fikirləşir ki: "Mən ən azı bu pulun 10 faizini geri verməliyəm". Bunun üstünə digər əlavə xərcləri də gəlirlər - qazanc, inzibati xərclər və s. Amma əsas səbəb birinci qeyd etdiyim amildir. İkinci səbəb isə riskdir. Yəni kredit riski, verilən kreditin geri qaytarılmaması və ya qaytarılması zamanı problemlərin yaranması ehtimalı. Bank krediti verir, amma bilir ki, sabah həmin kredit problemli kreditə çevrilə bilər. Bu zaman vaxt gedəcək, əlavə xərclər yaranacaq: kollektor, vəkil, məhkəmə, icra məmuru və s. Bunların hamısı bank üçün itkidir. Bank bu gözlənilən itkini qabaqcadan nəzərdə tutur və faizlərin üzərinə gəlir. Ona görə də bank bu risk xərclərini kredit faizinin üstünə əlavə edir".

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, son illərdə əhəmiyyətli bankların aşağı faizli və ya faizsiz vəsaitlərə çıxış imkanları qismən azalıb. Bu isə öz növbəsində təqdim olunan kreditlərin faizlərində artım şəklində öz əksini tapır. Eyni zamanda prudensial çərçivənin sərtləşdirilməsi və tələblərin artırılmasının yaratdığı konyunktur şəraitində banklar cəlb etdikləri vəsaitlərə daha çox xərc çəkməyə başlamışlar. Yəni banklar artıq əmanət və depozitləri daha yüksək faizlərlə qəbul etməyə başlayıblar. Nəticədə, sistem əhəmiyyətli banklarda cəlb olunan manat və əmanətlərinin faizlərində təxminən 6 faiz bəndi artım qeydə alınmışdır: "Son iki ildə kredit portfeli sürətlə genişlənmişdir. Bu isə özlüyündə bankların az riskli müştərilərdən daha riskli müştəri seqmentlərinə doğru yönəlməsi ilə nəticələnmişdir. Yəni hər növbəti müştəri bank üçün əvvəlkindən daha riskli hesab olunur. Buna görə də verilən kreditlərin faizləri yüksəlir və bu da orta faiz dərəcələrinin artmasına səbəb olur. Bundan əlavə, regionlarda kreditləşmənin həcminin artması da ümumi faizlərin yüksəlməsinə təsir edən amillərdəndir. Nəticə etibarilə, kredit faizlərinin artımı bir çox faktorların - bank resurslarının bahalaşması, risk səviyyəsinin yüksəlməsi, tələbin artması və makroiqtisadi şəraitin təsiri nəticəsində formalaşır".

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, ölkədə kreditlərinin faizləri qonşu ölkələrlə müqayisədə kəskin fərqlənir: "Bizdə kredit faizləri olduqca yüksəkdir. Yüksək faiz dərəcələri ailə büdcəsinə və biznesə ağır yükdür. Bunun əsas səbəbi kredit portfelinin depozit və əmanətlardən formalaşmasıdır. Yəni ki, vətəndaşların banka yatırım etdiyi şəxsi vəsaitləri banklar digər şəxslərə kredit kimi təqdim edir. Əgər bank vətəndaşdan depoziti 10 faizlə alırsa, onun 2-3 faizini bankın xərcləri kimi qəbul edilir. Bunlara əməkhaqqı, ofisin maddi cəhətdən təmin edilməsi və s. aiddir".

Ekspert qeyd edib ki, depozitə qoyulan faizin 1,5-3 faiz aralığında məbləğini Mərkəzi Bank təyin edir: "Ortalama hesablayanda 2 faiz bankın, 2 faiz Mərkəzi Bankın üzərinə düşürsə, bu da ümumi 14 faiz hesablanır. Lakin bu, nisbi faiz sayılmır. Çünki hər bankın müstəqil faiz dərəcələri var. Ölkənin kredit portfelinin 60-70 faizi bu formada hesablanır. Lakin güzəştli kreditlər nisbətən aşağı faizlə verilir. Ölkədəki hər bir bankın öz kredit bazaları olmalıdır. Bank öz ehtiyat vəsaitini vətəndaşa ucuz faizlə də təqdim edə bilər. Bu da kredit və depozit yatırımlardan formalaşır. Ortalama olaraq, 10-13 faiz aralığında təqdim edilir".

Akif Nəsirlinin dediyinə görə, əgər bankın 1 milyon manat kapitalı varsa, onu vətəndaşa 0 faiz dərəcəsi ilə verə bilər. Nəticədə, əmanətlərin də faiz dərəcələri aşağı düşmüş olacaq. Bu dəyişikliyi isə hər bir bank özü həyata keçirməlidir. Lakin bu dəyişiklik banka əlavə gəlir qazandırmadığı üçün tətbiq edilməsi qəliz məsələdir.

Kredit faizlərinin mərhələli şəkildə aşağı salınması iqtisadi fəallığın artmasına, sahibkarlığın inkişafına və əhalinin maliyyə imkanlarının yaxşılaşmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, bank sektorunda rəqabətin gücləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması və güzəştli kredit proqramlarının genişləndirilməsi də bu istiqamətdə mühüm addımlardan hesab olunur.

İqtisadiyyatın davamlı inkişafı üçün maliyyə resurslarının daha əlçatan olması vacib şərtlərdən biridir. Kredit faizlərinin optimallaşdırılması həm vətəndaşların sosial rifahına, həm də sahibkarlıq mühitinin güclənməsinə töhfə verə bilər.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see301

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see292

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see278

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see240

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see229

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see224

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see218

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see209

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see206

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see202

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see197

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see196

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see190

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see189

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see187

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see185

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see185

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see170

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see167

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri