Icma.az
close
up
RU
“Yüksək məbləğ ödəyib qeyri insani münasibətlə üzləşdik” Tanınmış naşir

“Yüksək məbləğ ödəyib qeyri insani münasibətlə üzləşdik” Tanınmış naşir

Icma.az, Bakupost saytına istinadən bildirir.


“Yanvarın 14-də həyat yoldaşım Nigar Köçərli Bakıdakı “Liv Bona Dea” Hospitalda planlı əməliyyat olundu. Yəni hər bir prosedur əvvəlcədən müəyyən edilmişdi. Bu əməliyyatın tibbi tərəfləri ilə bağlı mübahisəyə girmək niyyətində deyiləm – bunun üçün müvafiq peşəkar və hüquqi mexanizmlər mövcuddur. Niyyətim qısa yazı ilə gördüklərimi sizə çatdırmaqdır”.

Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış naşir Şahbaz Xuduoğlu “Liv Bona Dea” Hospitalda əməliyyat olunan “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərlinin əməliyyatı zamanı üzləşdikləri problemlərlə bağlı açıqlama verərkən deyib.

Şahbaz Xuduoğlu baş verənləri belə təsvir edib:

“Əməliyyatın ödənişi edildikdən sonra birinci mərtəbədə gözləməyə başladıq. Bir qədər sonra tibbi personal gəldi və həyat yoldaşımı liftlə yuxarı apardı. Həmin anda bildirildi ki, yuxarı qalxmağıma icazə verilmir və birinci mərtəbədə gözləməliyəm. Ciddi etiraz etməsəm də, xatırlatdım ki, həyat yoldaşıyam və onun yanında ola bilərəm. Cavab qəti oldu: “Xeyr, siz burada gözləməlisiniz”.

Bir müddət sonra Nigar özü mesaj yazdı ki, üçüncü mərtəbədə palataya yerləşdirilib və müəyyən hazırlıqdan sonra əməliyyata aparılacaq. Təxminən saat 9 radələrində əməliyyata götürüldü. Mənə deyilənə görə, əməliyyat 1-1,5 saat, maksimum 2 saat çəkməli idi və ən gec saat 11-ə qədər bitməsi gözlənilirdi.

Bu müddət ərzində birinci mərtəbədə gözlədim. Müəyyən fasilələrlə qeydiyyata yaxınlaşıb əməliyyatla bağlı hər hansı məlumat olub-olmadığını soruşurdum. Hər dəfə eyni cavabı aldım: “Xəbər yoxdur” .

Ş.Xuduoğlu qeyd edib ki, gözləmə müddətində dəfələrlə məlumat almağa çalışsa da, hər dəfə “xəbər yoxdur” cavabı alıb:

“Saat 11-dən sonra ciddi narahat oldum. Nəhayət, mənə bildirildi ki, əməliyyat bitib, lakin xəstə ayılma otağındadır. Ayılma otağında qalma müddətini soruşduqda “adətən bir saatdan çox olmur” deyildi. Lakin bu bir saat da keçdi, iki saat da – yenə heç bir aydın məlumat verilmədi.

Bu mərhələdə artıq açıq şəkildə narahat olduğumu bildirdim və dedim ki, bu qədər uzun müddət ayılma otağında qalmaq normal görünmür. Məhz bundan sonra qəbuldakı əməkdaşlardan biri “istəsəniz, özünüz üçüncü mərtəbəyə qalxa bilərsiniz” dedi.

Naşir bildirib ki, sosial şəbəkədə paylaşım etdikdən sonra xəstəxana rəhbərliyi onunla əlaqə saxlayıb:

“Hərçənd əməliyyatdan dərhal sonra iradlarımızı bildirdik, etiraz etdik amma laqeydliklə məsələnin üstündən keçdilər. Lakin o zənglər yaşananları dəyişmir. Bu gün də zəng edə bilərlər – bu mahiyyəti dəyişmir.

Bizə dolayısı ilə “əvvəlcədən müraciət etsəydiniz” kimi yanaşmalar da oldu. Halbuki biz məhz buna ehtiyac qalmasın deyə bu xəstəxananı seçmişdik. Mən “Liv”ın İstanbul filialının xidmətindən istifadə etmişəm və oradakı səviyyəni görmüşəm. Məntiqimiz sadə idi: zənglər, xahişlər, vasitəçilik olmasın, xərci ödəyək, amma keyfiyyətli və insani xidmət alaq. Əvəzində isə yüksək məbləğdə ödəniş edib, informasiya boşluğu, biganəlik və qeyri-insani münasibətlə üzləşdik. Məni məyus edən əsas məsələ də məhz budur”.

Ş.Xuduoğlu qeyd edib ki, bu açıqlamanı emosional reaksiya kimi deyil, məsuliyyətli və düşünülmüş mövqe kimi qəbul etmək lazımdır:

“Mən nə kimisə linç etməyə nə də sosial şəbəkə mübahisəsi aparmağa çalışıram. Amma baş verənlərə susmaq da doğru olmaz. Bizim gözləntimiz çox sadə idi. Şəffaflıq, vaxtında və dürüst məlumat, ağrı içində olan xəstəyə insan kimi yanaşma.

Bu məqam xüsusilə anlaşılmaz idi. Səhər saatlarında “qəti olmaz” deyilən şeyin, indi “əlbəttə, olar” kimi təqdim edilməsi suallar doğururdu. Buna baxmayaraq, üçüncü mərtəbəyə qalxdım. Orada da bildirildi ki, hələ ayılma otağındadır və gözləmək lazımdır.

Bir qədər sonra palatanın yeri göstərildi. Otağa baxanda məlum oldu ki, bu palata ürək əməliyyatı keçirmiş xəstə üçün nəzərdə tutulub və həyat yoldaşım onunla eyni otaqda yerləşdiriləcək. Bunun ginekoloji əməliyyatla nə əlaqəsi olduğunu soruşdum, lakin konkret cavab ala bilmədim.

Yenidən gözləməyə davam etdim. Vaxt uzandıqca narahatlığım daha da artdı. Nəhayət, xahiş etdim ki, heç olmasa əməliyyat həkiminin telefon nömrəsi verilsin. Məlum oldu ki, həkim ümumiyyətlə xəstəxanada deyil və artıq gedib. Uzun cəhdlərdən sonra onunla əlaqə yaradıldı və yalnız həmin zaman bildirildi ki, həyat yoldaşımın şiddətli ağrıları olub, əlavə ağrıkəsicilər tətbiq edilib və bu səbəbdən ayılma otağında saxlanılıb.

Bu məlumat məni qismən sakitləşdirdi. Lakin əsas sual açıq qaldı: bütün bunlar baş verərkən, niyə ailə üzvü kimi mənə vaxtında və dürüst məlumat verilməyib? Niyə əməliyyatın uzanması, ağrıların yaranması və əlavə müdaxilələr barədə heç bir açıqlama verilməyib?

Sonradan üçüncü mərtəbədən həyat yoldaşımın paltarlarını götürməyimi istədilər. Bu da qəribə gəldi. Çünki çoxsaylı xəstəxana təcrübələrində adətən belə hallarla yalnız ciddi problemlər zamanı qarşılaşılır. Üstəlik, bu səviyyədə xidmət iddiası olan bir müəssisədə xəstənin yerləşdirilməsi və logistika məsələləri xəstəxananın özü tərəfindən həll olunmalıdır.

Bir qədər sonra qərar yenidən dəyişdirildi və bildirildi ki, üçüncü mərtəbə yox, ikinci mərtəbədə palata ayrılıb. Nəhayət, həyat yoldaşım ora gətirildi.

Ən sarsıdıcı məqam isə sonradan üz çıxdı. Mənə deyilən “ayılma otağındadır” ifadəsi faktiki olaraq tam həqiqəti əks etdirməyib. Həyat yoldaşım ayıq vəziyyətdə, şiddətli ağrılar içində qıvrıldığı halda, uzun müddət ona real və adekvat yardım göstərilməyib. Bu müddət ərzində mənə yanlış və natamam məlumatlar verilib”.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri