Icma.az
close
up
RU
Yüksək nəticə göstərən abituriyentlərin universitet və ixtisas seçimləri bəlli oldu

Yüksək nəticə göstərən abituriyentlərin universitet və ixtisas seçimləri bəlli oldu

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il olduğu kimi, yüksək nəticə göstərən abituriyentlərin ixtisas və universitet seçimi bu il də diqqət mərkəzindədir. Ən yüksək bal toplayanların üstünlük verdiyi ali məktəblər və ixtisaslar ictimaiyyət tərəfindən maraqla izlənilir.

Oxu.Az xəbər verir ki, bu il qəbul imtahanlarında yüksək bal toplayanlar seçimləri ilə bağlı fikirlərini "Teleqraf"a bölüşüblər.

IV ixtisas qrupu üzrə 700 bal toplayan Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetini (ATU) seçəcəyini deyib. O, Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunudur.

Eyni ixtisas qrupundan 700 bal toplayan digər abituriyent, Bakı şəhəri 272 nömrəli orta məktəbin məzunu Sona Nurməmmədli də ATU-nun Tibb fakültəsini seçəcəyini bildirib.

IV qrup üzrə yüksək nəticə göstərən daha bir abituriyent, Bakı şəhəri 129 nömrəli orta məktəbin məzunu Anar Babayev də ATU-nun Tibb ixtisasını seçəcək. O, imtahanda 695 bal toplayıb.

Qax rayonundakı 2 nömrəli şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmətli III ixtisas qrupu üzrə 697 bal toplayıb. Onun seçimi Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsidir.

III ixtisas qrupu üzrə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aytac Baxşəliyeva 691 bal toplayıb. O, ADA Universitetində təhsil almaq istədiyini bildirib.

II ixtisas qrupu üzrə 680 bal toplayan Bakı Türk Liseyinin məzunu Xədicə İsmayılzadənin seçimi Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC).

II qrup üzrə 677 bal toplayan Bakı şəhəri 83 nömrəli məktəb-liseyin məzunu Nilufər Zeynallı da UNEC-i seçəcəyini deyib. Onun sözlərinə görə, seçim ingilis dilində tədris olunan Maliyyə ixtisası olacaq, lakin hələ son qərarını verməyib.

I ixtisas qrupu üzrə 675 bal toplayan Nizami rayonu 70 nömrəli məktəbin məzunu Zəhra Məmmədzadə Bakı Ali Neft Məktəbinin "Kompüter elmləri" ixtisasını seçmək niyyətindədir.

I ixtisas qrupu üzrə yüksək nəticə göstərən digər abituriyentlər də Bakı Ali Neft Məktəbinə üstünlük verirlər. Belə ki, 698 bal toplayan Müşfiq Əlili bu universitetin "İnformasiya təhlükəsizliyi" ixtisasını seçəcəyini deyib.

683.7 bal toplamış İslam Fərəcov isə Kimya mühəndisliyi üzrə təhsil almağı planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Avqust 2025 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri