Icma.az
close
up
RU
II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent: Repetitorsuz hazırlaşmışam

II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent: Repetitorsuz hazırlaşmışam

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Mən ancaq məktəb müəllimləri ilə hazırlaşmışam. Uğurumda müəllimlərimin əməyi əvəzolunmazdır. Müxtəlif dərsliklərdən, kitablardan istifadə edərək hazırlaşmışam".

Bunu Oxu.Az-a müsahibəsində II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Nilufər Hidayət qızı Zeynallı deyib.

- Nilufər xanım, oxudum ki, şagird olduğunuz dövrdə coğrafiya üzrə respublika olimpiadasının birincisi olmusunuz və orta məktəbi qızıl medalla bitirmisiniz. Maraqlıdır, repetitor yanına getmisinizmi?

- Xeyr, mən ancaq məktəb müəllimləri ilə hazırlaşmışam.

- Əminliklə deyirsiniz ki, heç bir repetitor yanına getməmisiniz?

- Xeyr, getməmişəm. Məktəb müəllimləri ilə hazırlaşmışam yazın.

- Ən çox hansı fənlərə diqqət yetirmisiniz?

- Fənn olaraq ən çox riyaziyyata və coğrafiyaya diqqət yetirmişəm. Səkkizinci və onuncu sinifdə coğrafiya üzrə bürünc medal, doqquzuncu sinifdə isə qızıl medal qazanmışam.

- Gələcəkdə arzunuz kim olmaqdır?

- İqtisadiyyat və maliyyə sahəsində peşəkar mütəxəssis olmaq istəyirəm ki, dövlətimizin iqtisadiyyatına mən də öz töhfəmi verə bilim.

- Nilufər xanım, bütün fənnləri təkrar etmək, yadda saxlamaq üçün hansısa xüsusi üsullardan istifadə edirsinizmi?

- İstifadə etdiyim əsas üsullardan biri intizamlı hazırlıqdır. Bütün fənlərə diqqətlə və intizamlı yanaşmaq lazımdır. İntizamsız nəticə göstərmək mümkün deyil. Bu da o deməkdir ki, bəzi əyləncələrə göz yummaq və daha çox çalışmaq lazımdır.

- Ümumilikdə 677.9 bal toplamısınız. Səhv etdiyiniz suallar nə ilə bağlı idi?

- Blok imtahanında riyaziyyatı 100% düz yazmışam, coğrafiyadan bir səhv cavabım olub, birini boş buraxmışam, cavaba əmin deyildim deyə, tarixdən də bir boş cavabım olub.

- O səhv yazdığınız sual nə ilə bağlı idi?

- Yəqin ki, mexaniki səhv olub. Kodlaşdırmada çaşmışam. Boş qoyduqlarıma da əmin olmamışam deyə, yazmamışam.

- Yaxşı, sualı belə verim o zaman: cavabına əmin olmayıb boş buraxdığınız sual nə ilə bağlı idi? Maraqlıdır o nə sual idi ki, bütün suallara cavab tapdığınız halda onun cavabına əmin ola bilmədiniz?

- Xatırlaya bilmirəm. Əslində sadə bir şey idi, amma yadımda deyil.

- Adətən müəyyən bir dövrdə hazırlıq prosesində olan uşaqlar ruhdan düşürlər, oxumaqdan bezirlər. İmtahana hazırlıq zamanı motivasiyanızı necə qoruyurdunuz?

- Mənə təhsil aldığım müddətdə həmişə müəllimlərim dəstək olublar - həm psixoloji olaraq, həm də təhsil vermək baxımından. Bütün məktəb kollektivi dəstək olub. Ondan sonra ailə üzvlərim və dostlarım da həmişə yanımdadırlar. Hədəfləri yüksək qoyduğum üçün, onlara çatmağa gedən yolda yorulduğum vaxtlarda düşünmüşəm ki, məqsədimə çatmaq naminə çalışmalıyam. Həmişə düşünürdüm ki, mən özüm üçün oxuyuram və təhsil almaq gələcəyimə görə ən böyük yatırımdır.

- Ailənizdə sizdən başqa ali təhsil alan bacı ya qardaşınız varmı?

- Qardaşım var, hüquq təhsili alır.

- Bəs valideynləriniz nə işlə məşğuldurlar?

- Hər ikisinin ixtisası riyaziyyatçıdır.

- Nilufər xanım, qeyd etdiniz ki, heç bir repetitor yanına getməmisiniz. Mən sizə inanıram. Düşünürəm ki, səhv deməzsiniz. Əgər repetitor yanına getdiyiniz halda bunu demirsinizsə, yəqin ki, repetitorlarınız sizdən inciməzlər.

- Xeyr, inciməyəcəklər, narahat olmayın (gülür).

- Təşəkkür edirəm və gələcək həyatınızda uğurlar arzulayıram.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri