Icma.az
close
up
RU
Yüksək rütbəlilərin tapşırığını yerinə yetirmişəm MN dəki 143 milyonluq mənimsəmə işi

Yüksək rütbəlilərin tapşırığını yerinə yetirmişəm MN dəki 143 milyonluq mənimsəmə işi

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Nəsib Niftəliyev vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib:

“Müvəkkilim barəsində cinayət işi açılan zaman ölkə xaricində olub. Bu barədə məlumat alan kimi ölkəyə gəlib və birbaşa istintaq orqanına gedərək könüllü təslim olub. Onun istintaqdan yayınmaq fikri olmayıb. 104 min manat dövlət hesabına ödəniş edilib. Eyni zamanda, müvəkkilimin himayəsində 2 azyaşlı övladı var. Bunu nəzərə almağınızı xahiş edirəm”.

Təqsirləndirilən Vahid Novruzlu qalan pulu ödəməyə hazır olduğunu bildirib.

Məhkəmə müşavirə edərək vəsatətin hazırkı mərhələdə təmin edilməməsinə qərar verib.

Məhkəmə istintaqı başlayıb və ittiham aktı elan edilib.

İttihamda qeyd olumub ki, təqsirləndirilən şəxs xidmət dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib:
“Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına pul köçürərək mənimsəyib”.

Vahid Novruzlu özünü qismən təqsirli bilib: “Cinayət işi üzrə özümü qismən təqsirli bilirəm. Çünki mən özümdən yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm”.

Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.

İttihama görə, o, üzürlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb.

Proses aprelin 4-də davam etdiriləcək.

Qeyd edək ki, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sabiq maliyyə xidmət rəisi barəsində DTX İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Mart 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri