Icma.az
close
up
RU
MN dəki 143 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə keçirilib

MN dəki 143 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə keçirilib

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Ötən prosesdə olduğu kimi təqsirləndirilən Cəlal Kazımov müdafiə hüququndan imtina etdiyini bidirib.

O, dövlət tərəfindən təyin olunan vəkilə etiraz etsə də, hakim etirazı əsaslı saymayaraq təmin etməyib.

Hakim bildirib ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində Cinayət Məcəlləsinin 62-ci maddəsini (sanksiya həddindən daha yüngül cəza təyin etmə) tətbiq edilməsini istəyib.

Təqsirləndirilən Vüsal Əlizadənin vəkili Fikrət İbrahimov məhkəməyə qismən istintaqın aparılması ilə bağlı vəsatət təqdim edib.

Daha sonra təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatət verərək qeyd edib ki, birinci instansiya məhkəməsində demək olar ki, heç bir vəsatəti təmin olunmayıb:
“Müvəkkilim Nizami Məmmədovun əmlaklarının üzərinə qoyulan həbs götürülsün. Sözügedən əmlaklar satılsın və həmin pullar ziyanın ödənilməsinə yönəldilsin”.

Vəkillər həmrəy şəkildə cinayət işinin qismən istintaqla aparılması ilə məhkəmə baxışına verilməsini xahiş ediblər.

Müşavirədən sonra məhkəmə vəsatətlərin təmin edilmədiyini elan edib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası martın 10-na təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri