Icma.az
close
up
RU
Yüksək səviyyəli münasibətlərin daha da yüksəlişi istiqamətində mərhələ

Yüksək səviyyəli münasibətlərin daha da yüksəlişi istiqamətində mərhələ

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Dünyanın əksər dövlətləri ilə dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycan arasında ikitərəfi siyasi, iqtisadi, mədəni münsibətlər yarandı. Bu əlaqələr həm mahiyyət baxımından, həm də miqyas amilinə görə genişləndi, yeni məzmunla formalaşdı. Siyasi əlaqələr fonunda digər əlaqələr dövlətlərarası münasibətlərin dünyəvilik prinsipləri əsasında inkişaf etdirildi.
Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliyanın Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda onun Azərbaycanda ikinci dəfə rəsmi səfərdə olduğunu, Azərbaycanla İtaliya arasında iki strateji sənəd imzalandığını, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu, 2020-ci ildən başlayaraq TAP layıhəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edildiyini xatırladaraq dedi: “O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr bütün sahələri əhatə edir. Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
Təməli 2022-ci ildə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə qoyulmuş İtaliya- Azərbaycan Universiteti oktyabr ayının 1-də fəaliyyətə başlayıb. Bu universitetin fəaliyyətə başlaması iki dövlət arasında ali təhsil üzrə yeni mahiyyətli əməkdaşlığın başlanğıcı oldu. Bu universitetdə 538 tələbə bakalavr, 102 tələbə magistr təhsili alır. Dövlət başçımız bəyanatında dedi ki, “Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir”.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri siyasi ehtiramın nəticəsi kimi ikitərəfli münasibətlərin daha da inkişafına xidmət edir. Bu səfər belə tarixləşdi, gələcək yüksək səviyyəli siyasi, iqtisadi, mədəni münasibətlərin daha da yüksəlişi istiqamətində mərhələ olacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri