Icma.az
close
up
RU
Yüksək səviyyəli əlaqələr

Yüksək səviyyəli əlaqələr

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub. Hal-hazırda da ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir. Ölkələrimiz arasında siyasi təmasların yüksək səviyyədə olması əlaqələrin davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin Gürcüstana müntəzəm səfərləri, eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin son 10 ay ərzində ölkəmizə 3 dəfə səfər etməsi özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.

Yanvarın 17-də mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri haqqında ətraflı məlumat verdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev səfərin xüsusi əhəmiyyətinin olduğunu bildirdi. Ölkə başçısı vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Bu gün Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Azərbaycan investorları böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Mətbuata bəyanatında Prezident İlham Əliyev energetika sahəsindəki əməkdaşlığa xüsusilə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyası genişlənəcək.

Eyni zamanda, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirir. Bu gün yaşıl enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Yaşıl enerji layihəsinin  uğurla icra edildini qeyd edən Prezident İlham Əliyev bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatma şansının böyük olduğunu bildirdi.

Ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müvafiq qurumlarının koordinasiyalı  fəaliyyəti bu layihənin də uğurla başa çatdırılmasına səbəb olacaq. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələ haqqında fikir bildirərəkən qeyd etdi ki, Orta Dəhliz böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri