Icma.az
close
up
RU
Yüksək temperatur yaşlı insanların sağlamlığı üçün ciddi risklər yaradır ARAŞDIRMA

Yüksək temperatur yaşlı insanların sağlamlığı üçün ciddi risklər yaradır ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 iyun, AZƏRTAC

Kaliforniya Universiteti, İrvine (UC Irvine) alimlərinin apardığı yeni bir araşdırma artan temperatur və əhalinin yaşlanmasının birgə təsirlərinin sağlamlıq üçün necə ciddi nəticələr doğura biləcəyini üzə çıxarıb.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Science of the Total Environment” jurnalında dərc olunan araşdırmaya görə, yüksək temperatur dalğaları yaşlandıqca zəifləyən immun sistemini daha da çətin vəziyyətə salır və bu, ölümcül infeksiyalara, xüsusilə də Vibrio vulnificus bakteriyasına qarşı həssaslığı artırır.

Vibrio vulnificus, əsasən isti və duzlu sularda rast gəlinən, nadir, lakin çox təhlükəli bir bakteriyadır. Alimlərin fikrincə, iqlim dəyişikliyi ilə əlaqəli daha isti dəniz suları bu bakteriyanın yayılmasını asanlaşdırır. Tədqiqat yaşlı insanların isti hava şəraitində bu bakteriyaya qarşı daha zəif müqavimət göstərdiyini ortaya qoyub.

Professor Saurabh Chatterjee araşdırmanın rəhbərlərindən biri olaraq bildirir: “Yaşlanma immun sistemini təbii şəkildə zəiflədir. İstilik stressi isə bu prosesə əlavə yük gətirir və nəticədə bağırsaq funksiyası da zədələnir. Bu, sağlamlığa ikiqat təzyiq deməkdir”.

UC Irvine komandası siçanlar üzərində apardığı eksperimentlərdə həm gənc, həm də yaşlı siçanları yüksək temperatur şəraitinə məruz qoyaraq onların bağırsaq sağlamlığı və immun funksiyalarını analiz edib. Yaşlı siçanlarda bağırsaq baryerinin pozulması, iltihab səviyyəsinin artması və immun sistemin zəifləməsi kimi ciddi fəsadlar müşahidə olunub. Eyni zamanda, onların bağırsaq mikrobiomunda antibiotiklərə davamlı genlərin sayı da artmışdı. Tədqiqat, həmçinin bir ümidverici nəticə də göstərdi: “Roseburia intestinalis” adlı faydalı bir bağırsaq bakteriyası ilə müalicə olunan yaşlı siçanlarda immun hüceyrə funksiyası bərpa olunub və infeksiya əlamətləri azalıb. Bu nəticələr göstərir ki, probiyotik dəstəyi istilik stressinə qarşı immun sisteminin müdafiəsini gücləndirə bilər. Bu tədqiqat yaşlanan əhali və istiləşən iqlimin birgə təsirlərini anlamağa kömək edərək gələcəkdə profilaktik tədbirlərin hazırlanmasında mühüm rol oynaya bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 03:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri