Dövlət suverenliyi üçün ciddi risklər yaradır
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az "Report"a istinadla xəbər verir ki, Papuaşvili bu barədə Romada keçirilən Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin Avropa Konfransında çıxışı zamanı danışıb.
Ş. Papuaşvilinin sözlərinə görə, gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır. O bildirib ki, xarici maliyyə mənbələrinin şəffaflığının təmin edilməsi demokratik dəyərlərdən uzaqlaşmaq deyil, əksinə, onların qorunması vasitəsidir.
Parlament sədri dezinformasiya, kiberhücumlar, gizli maliyyələşdirmə və xarici müdaxilənin bir-birini gücləndirən hibrid təhdidlər olduğunu qeyd edib. O, Gürcüstanda iki il əvvəl keçirilən seçkiləri misal çəkərək seçki pozuntuları ilə bağlı əsassız iddiaların cəmiyyətdə qütbləşməni dərinləşdirdiyini və seçki prosesinə ictimai etimadı sarsıtmağa yönəldiyini bildirib.
Ş. Papuaşvili Avstraliya, Kanada, Fransa, Böyük Britaniya və ABŞ də daxil olmaqla, bir sıra ölkələrin xarici maliyyələşdirmə və şəffaflıqla bağlı qanunvericiliklərini sərtləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətlər ölkənin siyasi məkanına daxil olan maliyyə və təsir barədə məlumat əldə etməli, bu sahədə hesabatlılığı təmin etməlidir.
"Suverenliyə hörmət edən, xarici müdaxilənin və maliyyələşdirmənin şəffaflığını təmin edən, hesabatlılıq və razılıq prinsiplərinə əsaslanan beynəlxalq standart yaratmağın vaxtı çatıb", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Oktyabr 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















