Icma.az
close
up
RU
Yüksək təzyiq zamanı nə yemək faydalıdır? Dietoloqlardan məsləhət

Yüksək təzyiq zamanı nə yemək faydalıdır? Dietoloqlardan məsləhət

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qidalanma çox mühüm rol oynayır. Dietoloqlar və kardioloqlar bildirirlər ki, qara qarağat (çox vaxt çaytikanı ilə qarışdırılsa da, burada söhbət çoxsaylı antioksidantlarla zəngin olan yabanı qara qarağatdan gedir) yüksək təzyiqi tənzimləməkdə ən faydalı giləmeyvədir.

Qaynarinfo xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, qara qarağat ürək-damar sisteminin işini dəstəkləyir və qan dövranını yaxşılaşdırır. Kardioloq Çen-Xan Çenin sözlərinə görə, bu giləmeyvə antosianninlər adlanan və güclü iltihabəleyhinə təsiri olan antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarında yerləşən endotel hüceyrələrinin funksiyasını yaxşılaşdırır, damarların genişlənməsini və qan təzyiqinin azalmasını təmin edir.

Tədqiqatlar nəyi göstərir?

2019-cu ildə "The Journals of Gerontology" jurnalında dərc edilən araşdırmaya əsasən, qara qarağatın gündəlik qəbulu sistolik təzyiqi (yuxarı göstərici) orta hesabla 5 mm civə sütunu qədər azalda bilər. Bu göstərici ürək-damar xəstəliklərinin riskini qiymətləndirmək üçün əsas kriteriyalardan biridir.

Dietoloq Sofi Lover isə qeyd edir ki, antosianninlər azot oksidinin ifrazını stimullaşdırır, bu da qan axınını yaxşılaşdırır. Qara qarağat həmçinin damar sərtliyini azaldır, bu da yüksək təzyiqlə birgə ürək xəstəlikləri riskini artıran faktorlardan biridir.

Bundan əlavə, qara qarağat liflə zəngindir və yüksək lifli qidalanma təzyiqin tənzimlənməsinə müsbət təsir edir.

Kimlər üçün faydalıdır və necə qəbul edilməlidir?

"Wild Blueberry Association of North America" təşkilatının nümayəndəsi Kit Broer bildirir ki, qara qarağat həm sağlam yaşlı insanlar, həm də menopauzadan sonrakı dövrdə olan qadınlar üçün faydalıdır. Qara qarağat həm təzə, həm də toz (liofilizə olunmuş) formada istifadə edildikdə eyni müsbət təsiri göstərir.

Antosianninlər yalnız təzyiqi deyil, həmçinin iltihabı azaldır, stresi zəiflədir, qocalmanı ləngidir, yaddaşı dəstəkləyir, həmçinin orqanizmi C və K vitaminləri ilə təmin edir.

Gündə nə qədər qara qarağat yemək lazımdır?

Kardioloq Çen tövsiyə edir ki, gündə iki porsiya, yəni təxminən iki fincan qara qarağat istehlak edilsin. Dietoloq Sofi Lover isə hətta gündə bir fincan qəbul etməklə belə təzyiqin aşağı düşməsində müsbət nəticə əldə ediləcəyini bildirir.

Ekspertlər xüsusilə yabanı qara qarağatı tövsiyə edirlər, çünki o, becərilən növlərə nisbətən daha çox antioksidant, antosiannin və lif ehtiva edir. Belə ki, yabanı qara qarağatın antioksidant gücü iki dəfə, antosiannin miqdarı 33%, lif tərkibi isə 72% daha yüksəkdir.

Yüksək təzyiq üçün başqa hansı qidalar faydalıdır?

Təzyiqin tənzimlənməsinə kömək edən digər giləmeyvə və meyvələr bunlardır:

* Antosiannin tərkibli: çiyələk, böyürtkən, moruq

* Flavonoid tərkibli: portağal, limon

* Kaliumla zəngin: banan, kivi, yemiş, qaysı qurusu, ispanaq, mərcimək, şirin kartof

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri