Yüksək təzyiqdən əziyyət çəkənlər hər gün BU TƏRƏVƏZİ yesin
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yüksək təzyiq müxtəlif orqan və sistemləri siradan çıxardır, insanın həyatını qısaldır. Bu səbəbdən təzyiqi daim normada saxlamaq çox vacibdir.
Bu işdə tək dərmanlar deyil, rejim, fiziki aktivlik və qidalanma da kömək edir.
Təzyiqi salmağa yardım edən ən tanınmış məhsul adi çuğundurdur.
Saglamolun.az bildirir ki, çuğundur təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinin ifrazını artırır. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.
Mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün bişmiş çuğundur yeməyi və ya çuğundurdan hazırlanmış smuzi içməyi tövsiyə edirlər.
Təzyiqi salmaqdan əlavə çuğundur orqanizmi bir çox vacib maddələrlə də təmin edir. Tərəvəzin tərkibində B1, B2, B3, B9 (fol turşusu) kimi vitaminlər, kalium, fosfor, marqan, dəmir, mis, selen, sink kimi minerallar, orqanizmdə A vitamininə çevrilən beta-karotin var.
Həmçinin çuğundur liflərlə zəngindir. Liflər bağırsaqların daha asan boşalmasını təmin edir, qəbizliyin qarşısını alır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















