Icma.az
close
up
RU
Yüksək təzyiqi normallaşdırmaq üçün TƏBİİ VASİTƏLƏR. Reseptlər

Yüksək təzyiqi normallaşdırmaq üçün TƏBİİ VASİTƏLƏR. Reseptlər

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Saglamolun.az tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.

Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki, uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər.

Bu məqsədlə insanlar daha çox həblərdən istifadəyə üz tuturlar. Amma unutmayın ki, bir qutu dərman içməklə siz bu xəstəliyi müalicə etmiş sayılmırsınız. Bəzən xəstələr hətta 2 və daha çox hipotensiv dərmanlar içirlər. Bu dərmanların bir qrupu sidikqovucudur, kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Bir qrupu isə qaraciyəri, mədəni və mədəaltı vəzi zədələyir.

Yəni bu dərəcədə sintetik həblərə bağlanmaq düzgün deyil. Həm də bilmək lazımdır ki, istifadə olunan nə qədər keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir. Və xəstənin özbaşına bu preparatlardan, eləcə də bitkilərdən istifadə etməsini məsləhət görmürəm. Çünki əslində yüksək təzyiq orqanizmimizin çağırış simptomudur, o ayrıca bir xəstəlik deyildir. Yəni onun kökündə hansısa bir problem, xəstəlik durur.

İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlər artıq çəkilərini qaydaya salsınlar, aktiv həyat tərzi sürsünlər, xörək duzundan çox istifadə etməsinlər. Hipertoniyada bu orqanları yoxlatmaq lazımdır: beyini, ürəyi, böyrəyi və böyrəküstü vəzi. Qeyd etdiyimiz kimi ilk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi təzyiqin də yüksəlməsinə səbəb olur. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir.

Təzyiqi normallaşdırmaq üçün təkrar olaraq qeyd edirəm ki, mütləq şəkildə qidalanmaya diqqət edilsin. Hər gün balqabaq şirəsi içməyi tövsiyyə edərdim. Bu şirə qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl bir detoksdur. Hər yemək və salatlarınızda limon və sirkədən istifadə edin.

Reseptlər:

- 1 litr siya 1 limonu sıxırsınız, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil , 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edirsiniz. Və bu suyu gün ərzində içirsiniz.

- 2 xörək qaşığı yemişan meyvələrini 3 stəkan 80 dərəcəlik suda termosda dəmləyirsiniz. Sabahısı gün  isə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat öncə 1 stəkan içirsiniz.

- Bəzən yüksək təzyiqli xəstələrin ayaqlarında şişkinlik olur. Bu zaman yemişanla birlikdə sidikqovucu bir bitkidən məsələn: gilas saplaqlarından və qarğıdalı saçaqlarından  istifadə edə bilərsiniz. Hər bitkidən bir xörək qaşığı olmaqla yuxarıdakı qaydada dəmləyib, qəbul edirsiniz.

- Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən bir xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmləyib, əvvəlki reseptdə qeyd olunan qaydada içirsiniz.

Hipertoniyanın ən xeyirli müalicələrindən biri də hirudoterapiya və mütəmadi olaraq həcəmət etdirməkdir.

Bütün bu bitkiləri kompleks şəklində qəbul etsıniz bir neçə həftə ərzində təzyiqiniz normal vəziyyətə düşəcəkdir. Bundan sonra bitkilər azaldılır və yalnız yemişan dəmləməsinə davam edilir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri