Yüksəliş in qalibləri üçün Ədibin Evində Yüksəliş silsilə görüşləri keçiriləcək
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunda "Ədibin Evində Yüksəliş" adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
525.az xəbər verir ki, müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı - İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə təşkil olunacaq görüşlərdə iştirak edəcəklər.
Görüşlər zamanı azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçiliyin müxtəlif istiqamətlərində tətbiqi ilə bağlı müzakirələr aparılacaq.
Silsilə görüşlərin əsas məqsədlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı olması məsələləri diqqət mərkəzində saxlanılacaq.
Görüşlərdə qonaq natiq qismində "Ədibin Evi"nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik, idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlil olunacaq.
Qeyd edək ki, "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin və ədəbi irsinin tədqiqi və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gənc nəslin intellektual inkişafını diqqətdə saxlayaraq oxu mədəniyyətinin gücləndirilməsi, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsini əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 23 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















