Icma.az
close
up
RU
“Ədibin Evində Yüksəliş” görüşlərinin sonuncu sessiyası keçirildi Fotolar

“Ədibin Evində Yüksəliş” görüşlərinin sonuncu sessiyası keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi inkişafı və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin sonuncu sessiyası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva iştirak ediblər.

Görüş “Kitabi Dədə Qorqud və türk mədəniyyətində idarəçilik nümunələri” mövzusunda filologiya elmləri doktoru, professor Kamal Abdullanın təqdimatında baş tutub.

Təqdimat zamanı Azərbaycan xalqının qədim ədəbi-mədəni irsinin ən qiymətli nümunələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanının milli kimliyimizin formalaşmasında, tarixi yaddaşımızın qorunmasında və mədəni düşüncəmizin inkişafında mühüm rolu barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu dastan Azərbaycan xalqının dünyagörüşünü, mənəvi dəyərlərini, ailə və cəmiyyət münasibətlərini, qəhrəmanlıq ruhunu, ana dilinin zənginliyini və söz mədəniyyətini özündə yaşadan nadir irs nümunələrindəndir.

Professor Kamal Abdulla çıxışında “Kitabi-Dədə Qorqud”un yalnız ədəbi abidə kimi deyil, həm də xalqımızın tarixi təfəkkürünü, milli xarakterini və mədəni kodlarını əks etdirən mühüm mənbə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dastanda yer alan obrazlar, hadisələr və ifadələr Azərbaycan xalqının qədim dövlətçilik düşüncəsi, ailə dəyərləri, vətənə bağlılığı, böyüyə hörmət, sözə sədaqət və birlik anlayışı haqqında geniş təsəvvür yaradır.

Vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan ədəbiyyatının, folklorunun və ümumtürk mədəniyyətinin ən önəmli abidələrindən biri olmaqla yanaşı, bu gün də milli-mənəvi dəyərlərin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Dastanın dili, poetik üslubu və məzmun zənginliyi Azərbaycan xalqının mədəni yaddaşında xüsusi yer tutur və milli irsimizin dünyaya tanıdılmasında mühüm rol oynayır.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyun 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri