Icma.az
close
up
RU
Yulian Kifu: Moldovanın uğuru Avropanın uğurudur

Yulian Kifu: Moldovanın uğuru Avropanın uğurudur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Buxarest, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də keçirilmiş parlament seçkiləri Moldovanın Rusiya təsirinə qarşı ən böyük dözümlülük imtahanı oldu və ölkə bu sınaqdan qalib çıxdı.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın tanınmış siyasi analitiki, Rumıniya Prezidentinin sabiq müşaviri Yulian Kifu “Calea Europeana” nəşrində çıxan analitik məqalədə bildirib.

Onun sözlərinə görə, nəticə həm də Avropa inteqrasiyası kursunun dönməzliyini təsdiqləyir. Kifunun təhlilinə görə, hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) 101 deputat yerindən 54-nü qazanaraq aydın çoxluq əldə edib. Bu, referendumla Konstitusiyaya daxil edilmiş Avropa yolunun təsdiqi, həm də üzvlük danışıqlarının açılmasının əsas zəmanəti kimi dəyərləndirilir. Dörd illik çətin islahatlar, pandemiya, Rusiya–Ukrayna müharibəsinin yaratdığı böhranlar və enerji blokadaları fonunda əldə olunmuş bu qələbə Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində dönüş nöqtəsi hesab olunur. Müxalifətin əsas gücü olan, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi “Patriotik Blok” cəmi 27 mandatla kifayətlənib. Bu nəticə Moskvanın seçkilərə milyonlarla avro sərf etdiyi iddia edilən kampaniyaların, səslərin pulla alınması cəhdlərinin və təsir şəbəkələrinin uğursuzluğunu göstərir.

Y.Kifu vurğulayır ki, Rusiyanın Kreml daxilindəki əsas kuratoru Serqey Kiriyenko da bu uğursuzluğa görə məsuliyyət daşımalı olacaq. Onun 2003-cü ildə Mark Tkaçukun irəli sürdüyü federalizasiya planını canlandırmaq niyyəti baş tutmayıb. Xaricdə yaşayan moldovalılar arasında PAS 78 faizlə yenidən lider olub ki, bu da Rusiyanın pul transferləri və təsir mexanizmlərinə qarşı açıq etiraz səsi kimi dəyərləndirilir. Gözlənilməz nəticə isə Vasile Kostyukun rəhbərlik etdiyi “Ev Demokratiyası Partiyası” (PPDA) üçün olub. Rumıniyanın AUR partiyası ilə yaxınlığına baxmayaraq, bu partiya 6 mandatla parlamentə daxil olub. Eyni zamanda, Kişinyov meri İon Çebanın siyasi bloku yalnız 8 yer qazanaraq zəif mövqe nümayiş etdirib.

Analitik yazır ki, seçkilərin nəticələri Qaqauziya və Dnestryanı bölgədə ciddi dəyişikliklərin siqnalıdır. Qaqauziyada hələ də Rusiya yönlü qüvvələr üstünlük təşkil etsə də, seçicilərin bir hissəsi Avropa yoluna maraq göstərib. Dnestryanı bölgədə isə seçki məntəqələrində PAS-ın 30 faizə yaxın səs alması əhalinin Avropa kursuna dəstəyinin artdığını nümayiş etdirir. Bu isə regionda rus qoşunlarının çıxarılması və reinteqrasiya prosesinə doğru təbii bir impuls yaradır.

Y.Kifunun qənaətinə görə, seçkilər təkcə Avropa yönlü çoxluğun formalaşması ilə yekunlaşmadı, həm də Moldovanın dövlət institutlarının sınaqdan uğurla çıxması ilə nəticələndi. Onun fikrincə, bundan sonra hökumət geniş islahatlara, dövlət aparatının peşəkarlaşdırılmasına və cəmiyyətlə açıq dialoqa üstünlük verməlidir.

“Moldovanın uğuru Avropanın uğurudur, Moskvanın isə böyük məğlubiyyətidir”, – deyə Y.Kifu vurğulayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri