Icma.az
close
up
RU
Yulian Kifu: Qəzzada nail olunan mülayim optimizm, davamlı sabitlik üçün kifayət deyil

Yulian Kifu: Qəzzada nail olunan mülayim optimizm, davamlı sabitlik üçün kifayət deyil

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Buxarest, 14 oktyabr, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Calea Europeana” nəşrində Rumıniyanın tanınmış siyasi analitiki, Rumıniya Prezidentinin sabiq müşaviri Yulian Kifu Qəzza zolağında sülh prosesinin perspektivləri və qarşıda duran maneələri analitik məqalədə təhlil edir. Müəllif qeyd edir ki, əldə olunmuş ilkin razılaşma beynəlxalq ictimaiyyətdə müəyyən ümidlər doğursa da, davamlı sülh üçün bir sıra ciddi siyasi və təhlükəsizlik blokajları qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, politoloqun fikrincə, Qəzzada atəşkəsə nail olunması və girovların mərhələli şəkildə azad edilməsi istiqamətində razılaşma ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edilib. Bu razılaşma İsrail və HAMAS arasında illərdir davam edən gərginliyin yumşaldılması üçün ilk real siyasi imkan hesab olunur.

Müəllif yazır ki, tərəflər arasında əldə edilən saziş üç əsas elementi əhatə edir: atəşkəs rejimi, girovların dəyişdirilməsi və İsrail ordusunun Qəzzadan müəyyən məsafəyə geri çəkilməsi. Bu, regionda humanitar vəziyyətin sabitləşməsi üçün vacib ilkin addım kimi qiymətləndirilir. Lakin politoloq xəbərdarlıq edir ki, tərəflər arasında qarşılıqlı etimadın zəifliyi prosesin ən böyük risklərindən biridir. Razılaşmanın birinci mərhələsi həyata keçirilsə belə, növbəti mərhələlərdə — silahsızlaşdırılma, idarəçilik və suverenlik məsələlərində ciddi durğunluqlar yarana bilər.

Məqalədə qeyd olunur ki, HAMAS hələ də öz silahlı strukturunu tam ləğv etmək niyyətində deyil və bu, gələcək siyasi konstruksiyanın formalaşdırılmasında böyük toqquşmalara yol aça bilər. Digər vacib məqam Qəzzada idarəçilik modelidir: beynəlxalq və texnokrat qurumların yaradılması planlaşdırılır, lakin bu modelin necə və kim tərəfindən həyata keçiriləcəyi barədə qeyri-müəyyənlik sülh prosesinə əlavə risklər yaradır. Müəllifin sözlərinə görə, bu sülh təşəbbüsü mülayim optimizm üçün əsas versə də, davamlı sabitlik üçün kifayət deyil. Əgər tərəflər öhdəliklərini yerinə yetirməsələr, razılaşmanın çökməsi və döyüşlərin yenidən alovlanması ehtimalı yüksək olaraq qalır. ABŞ və digər beynəlxalq vasitəçilərin davamlı təzyiqi və diplomatik səyləri isə prosesin uğur qazanmasında həlledici rol oynaya bilər.

Qeyd edək ki, Qəzzada davamlı sülh üçün ən böyük sınaq yalnız ilkin atəşkəsin qorunması deyil, həm də siyasi və təhlükəsizlik mexanizmlərinin uzunmüddətli şəkildə işlək hala gətirilməsidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri