Yuliya Timoşenko Zelenskiyə qarşı qurulan komandaya qoşuldu
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun “Batkivşina” Partiyası dövlət strukturlarında korrupsiya sxeminin üzə çıxması fonunda bəzi keçmiş və hazırkı nazirlərin daxil olduğu parlamentdəki müxalif qüvvələrin hökumətin istefası və yeni koalisiyanın yaradılması təklifinə qoşulub.
Teleqraf xəbər verir ki, o, Ukrayna müxalifətinin milli koalisiyanın yaradılması məsələsində gecikdiyini deyib.
Yuliya Timoşenko bildirib ki, milli birlik koalisiyası və hökuməti hələ 2022-ci ilin fevralında Rusiya ilə müharibə başladıqdan sonra yaradılmalı, kiçik bir siyasi qüvvənin nəzarətsiz və qeyri-peşəkar monopoliyasına son qoyulmalı idi: “Əminəm ki, Ukraynanın üzləşdiyi bu kritik vəziyyətdən çıxmağın yeganə yolu budur”.
Müxalifət partiyaları bir sıra nazirlərin istefası ilə nəticələnən korrupsiya sxenimin üzə çıxmasından sonra Prezident Volodimir Zelenski və komandasını istefaya çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















