Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Yumşalmanın yaratdığı qısqanclıq

Yumşalmanın yaratdığı qısqanclıq

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan–İran münasibətlərinin normallaşması kimlərəsə sərf eləmir

Azərbaycan bütün ölkələrlə, xüsusilə qonşu dövlətlərlə əlaqələrin sivil, dostluq münasibətləri səviyyəsində qurulmasında daim maraqlı olub. Məlum səbəblərdən bir qədər soyumuş İran–Azərbaycan münasibətləri artıq özünün normal məcrasına düşmək üzrədir. Rəsmi Tehranın Bakıya yönəlik ritorikası dəyişib, diplomatik təmaslar intensivləşib və yaxın perspektiv üçün ortaq layihələrin müzakirəsinə başlanılıb.

Əslində, iki qonşu ölkə arasında qarşıdurma heç bir tərəfə sərf eləmir. Ölkələrimizi və xalqlarımızı birləşdirən tarixi və milli dəyərlər məhz sıx əlaqələrin qurulmasını, qarşılıqlı faydalı əməkdaşlığın yeni-yeni aspektləri üzrə irəli getməyi şərtləndirir. Siyasi təhlilçilər də belə hesab edirlər ki, İranla Azərbaycan arasında münasibətlərin normallaşması hər baxımdan sərfəlidir. İndiki həssas və ziddiyətli bir dönəmdə ən böyük qonşumuzdan biri ilə dinc, yanaşı yaşamaq olduqca zəruridir. İran üçün də Azərbaycan strateji tərəfdaşdır. Axı, ölkəmiz İranla Qərb arasında körpü rolunu oynayır.

* * *

Bu günlərdə İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin Bakıya səfəri məhz iki ölkə arasında keçmişdə qalmış umu-küsüləri unudaraq, səmimi qonşuluq münasibətlərinin bərpa edilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində atılmış xoşməramlı addım kimi qəbul edilməlidir. “Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar” – deyən cənab Sənayinin fikrincə, Azərbaycan–İran münasibətlərinin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır. Yaxın qonşular arasında təmasların dərinləşməsinin əməkdaşlığın inkişafına böyük təsir göstərəcəyinə əminliyini bildirən İran rəsmisi ölkəsinin “Azərbaycanla münasibətlərdə əsas məqsədini strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaq” formasında ifadə etdi.

Buna qədər isə cari ilin yanvarında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, daha sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tehrana səfərlərini, iki ölkə arasında iqtisadi, ticarət və diplomatik sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xatırlatmağımız yerinə düşər. Azərbaycan heç vaxt cənub qonşusu ilə münasibətlərin soyumasında maraqlı olmayıb. Əksinə, daim əməkdaşlıq xəttini tutub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, heç zaman heç bir dövlət İrana qarşı Azərbaycan ərazisindən fəaliyyət göstərməyib və bundan sonra da göstərməyəcək. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan dövləti öz milli maraqlarını müdafiə etmək üçün müstəqil siyasi iradəyə, qətiyyətli mövqeyə malikdir. Tehran da bunu yaxşı bilir. Eyni zamanda, rəsmi Tehran onu da görür ki, Azərbaycan İranla normal qonşuluq münasibətlərində maraqlıdır. Oxuculara xatırladaq ki, 2006-cı ildə ABŞ İrana qarşı müharibəyə başlayacağı ilə bağlı bəyanat verərkən cənab Prezident Azərbaycan ərazisindən istifadə variantını istisna etdi. Həmin qətiyyətli, prinsipial mövqe bu gün də öz yerindədir. Yəni dünyanın fövqəldövlətinin qarşısında Azərbaycan həm özünün dövlət maraqlarını, həm də qonşu İranın maraqlarını qətiyyətlə qoruya bildi. Çox güman ki, bütün bunlar İranda qiymətləndirildi.

* * *

Azərbaycanın Ermənistan istisna olmaqla, bütün qonşuları ilə səmimi və yaxın münasibətləri var. Bunun sayəsində Azərbaycanın beynəlxalq əhəmiyyətli böyük layihələri reallaşıb və bu gün də reallaşmaqdadır. Bu zaman ikitərəfli münasibətlər formatında qonşularla münasibətlər ön yerdədir. Cənub qonşumuz İranla da münasibətlərimizin bu formatı Azərbaycanın xarici siyasətinin mahiyyətindən doğur. Çünki, qeyd etdiyimiz kimi, İranla Azərbaycanı tarix, dinimiz, orada yaşayan soydaşlarımız, bir sıra digər amillər birləşdirir. İran İslam dövləti, Azərbaycan müsəlman ölkəsidir. Bu amili Prezident İlham Əliyev çıxışlarında daim vurğulayıb. Dövlət başçımızın belə sağlam, xoşməramlı, dialoqa açıq çağırışları öz nəticəsini verməli idi. İran–Azərbaycan münasibətlərinin müsbət istiqamət götürməsində bu faktın önəmli rolunu qeyd etməmək olmaz. Təqdirəlayiq haldır ki, münasibətlərin normallaşmasına doğru müsbət impulslar müşahidə olunur, dünənə qədər həlli müşkül sayılan məsələlər tənzimlənir, səmimi qonşuluq münasibətlərinin bərpası üçün hər iki tərəfdən xoş məram nümayiş etdirilir. Bəli, Azərbaycan İranla əlaqələrin sivil, dostluq münasibətləri səviyyəsinə qalxmasında maraqlıdır. Bakı bu istiqamətdə hər zaman əməli addımlar atıb.

* * *

Gözlənildiyi kimi, Bakı və Tehran arasında münasibətlərin normallaşması bəzi “gücləri” və onların ətrafında “fırlanan” bədxahlarımızı narahat etməyə başlayıb. Bu anti–Azərbaycan “xorunun” solo ifaçılarından biri rolunda “Ermənistan–İran Əməkdaşlığın İnkişafı Fondu”nun rəhbəri Pouya Huseyni çıxış edib. “İsrailin Azərbaycana verdiyi silahlar təkcə Ermənistana qarşı yönəlməyib. İran Azərbaycanın gedişatını və davranışını izləyir” – xarakterli təxribatçı açıqlaması ilə gündəmə gəlməyə çalışan Pouya Huseyni jurnalistlərlə söhbətində İsrailin Azərbaycanı təkcə Ermənistana deyil, həm də İrana qarşı yönəlmiş silahlarla təmin etdiyini deyib. Onun xəstə təxəyyülünə görə, İran zəifləsə, vəziyyətdən istifadə edib ona qarşı Cənubi Qafqazdan ikinci cəbhə açıla bilər.

Belə avantürist və məkrli bəyanatla ictimai rəyi azdırmaq məqsədi güdən fond rəhbəri Tehranı İrəvanla təhlükəsizlik sahəsində sıx əməkdaşlıq etməyə çağırıb: “Çünki bu məsələdə iki ölkə bir-birinə bağlıdır. İran və Ermənistan oxşar regional təhdidlərlə üzləşirlər, ona görə də təhlükəsizlik sahəsində əməkdaşlıq pozulmuş tarazlığı bərpa edəcək səviyyəyə yüksəlməlidir”.

Özünün haypərəst təfəkküründə psevdotəhlükə xofunu yaradan Huseyni buna qarşı Ermənistan və İranın silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi və təhlükəsizliyin digər aspektlərində əməkdaşlıq qurmalarının vacibliyini önə çəkib.

“İran Ermənistana belə dəstəyi verməyə hazırdır. Bu cür əməkdaşlığa mane olan üçüncü tərəflər – bu, Qərb ölkələri də ola bilər, başqa ölkələr də – bizim əlaqələrimizə qarışmamalıdırlar”, – deyən Hüseyni xatırladıb ki, Ermənistanla İran arasında ticarət dövriyyəsi 300 milyon dollardan 700 milyon dollara yüksəlib. Hər iki ölkənin bu rəqəmi əvvəlcə 1 milyard dollara, sonra isə 3 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirən fond rəhbəri özünün anti–Azərbaycan çıxışları ilə əvvəllər də diqqət mərkəzinə düşmüşdü. Bu paylaşımı Huseyni bir il bundan əvvəl Zəngəzur dəhlizi ilə bağlı etmişdi: “Dəhliz olmayacaq və lazım gələrsə, Araz çayı işğalçıların qanına bulaşacaq”. Siyasi düşüncəsi daşnak-revanşistlərin ağlından irəli getməyən bu ekstremist həmin mətnə Ermənistanın suveren ərazisinin qan rəngli xəritəsini də əlavə etmişdi.

Əgər Tehran–Bakı arasında müsbət təmasları İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani dəstəkləmiş olsaydı, bu, təəccüblü görünərdi. Onun haypərəst və anti–Azərbaycan mövqeyi bizə çoxdan məlumdur. O, yenə öz ampluasında qalmaqdadır. “Ermənistanın cənubunda, Sünikdə (Zəngəzurda – red.) hadisələrin inkişafı birbaşa İranın maraqları ilə bağlıdır və Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti hesab etməsinin səbəbi də məhz bununla bağlıdır”. M.Sobhani bunu “Hayk-İran: min illik məhəllə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Ardınca izah edib ki, bu gün Ermənistanda, Cənubi Qafqazda və İranda gedən proseslər bir-birindən asılıdır. “İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi coğrafi yaxınlığına və vahid geosiyasi məkanda yerləşməsinə görə həmişə bir-birinə bağlı olub” – deyən başabəla səfir Ermənistanla sərhədi İranın ən təhlükəsiz ərazilərindən biri hesab edib: “Biz heç vaxt Ermənistandan təhlükə hiss etməmişik, Ermənistan da heç vaxt İrandan təhlükə hiss etməyib”. Şərh əvəzinə bunu deməyi vacib sayırıq ki, Sobhaninin diplomatiyadan uzaq bu açıqlamaları İranın indiki mövqeyi ilə açıq-aşkar ziddiyyət təşkil edir. Yəqin, rəsmi Tehran dikbaş elçisini daha yaxından tanıyacaq və müvafiq tədbirlər barədə düşünəcək.

* * *

Bu gün Azərbaycanla münasibətlərin normallaşması, inkişaf etməsi İrana da hava-su kimi lazımdır. Məlumdur ki, cənub qonşumuz beynəlxalq təzyiq altındadır, beynəlxalq birlik ona qarşı təcrid siyasəti həyata keçirir. Amma Azərbaycan indiyə qədər İran əleyhinə sanksiyalara qoşulmayıb. Əksinə, İranla iqtisadi, ticarət münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirib. İndiki məqamda Şimal-Cənub transmilli nəqliyyat marşrutunun, eləcə də Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəhlizin strateji əhəmiyyətini hər iki tərəfin qeyd etməsi təsadüfi deyil. Çünki ortaq maraqların üst-üstə düşdüyü bu layihələrin reallaşması ölkələrarası münasibətlərdə yaranmış müvəqqəti sərinləməni aradan qaldıracaq, gələcəkdə bölgəni qlobal risklərdən sığortalayacaq. Yəni ümidverici perspektiv iki ölkə xalqlarının səmimi qonşuluq, əmin-amanlıq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşaması üçün möhkəm zəmin olacaq.

Bütün bu reallıqları nəzərə alaraq, deyə bilərik ki, rəsmi Tehran Bakı ilə əlaqələrin yeni çağırışları göz önünə alaraq qurulması barədə ciddi düşünür və İİR Prezidentinin Azərbaycana gözlənilən səfərində bu səylərin müsbət nəticələrini görəcəyik. Bu tendensiyanı həzm edə bilməyənlərin, bədxahların maneçilik cəhdlərinə baxmayaraq, bundan sonra iki qonşu ölkə arasında münasibətlərin yalnız yüksələn xətt üzrə inkişaf edəcəyinə inam böyükdür.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq:

– İki ölkə arasında tarixi, mədəni, dini bağları nəzərə alaraq deyə bilərik ki, münasibətlər daim inkişaf etməlidir. Qarşılıqlı maraqlara söykənən səmimi qonşuluq siyasəti aparılmalıdır. Bizim böyük ortaq layihələrimiz var. Amma təəssüf ki, İrana tətbiq olunan beynəlxalq sanksiyalar ikitərəfli iqtisadi əlaqələrə müəyyən məhdudiyyətlər yaradır. İqtisadi əlaqələrin inkişafında həm Tehran, həm də Bakı maraqlıdır.

İran Prezidentinin Azərbaycana səfəri təbiidir və zərurətdən doğur. Hesab edirəm ki, gözlənilən səfərin müsbət nəticələrindən biri İranda Azərbaycana qarşı düşmən mövqedə olan qüvvələrin zərərli təbliğatının qarşısını tam almasa da, onu xeyli məhdudlaşdıracaq. Burada diqqəti cəlb edən başqa məqamlar da var. İranın bəzi siyasiləri, guya, Azərbaycanda İsrail kəşfiyyatının yerləşdiyi və bizim ərazimizdən İrana zərbə vurulacağı ehtimalından danışırlar. Halbuki, onlar bunu təsdiqləyən heç nə ortaya qoymayıblar. Əslində, İrana qarşı kəşfiyyat fəaliyyəti ilə ABŞ-ın İrəvandakı səfirliyinin 2 minə yaxın əməkdaşı məşğul olur. Bu fakt İranı heç narahat eləmir, amma Qərbin hansısa qurumunun Azərbaycanda olması dərhal Tehranı hiddətləndirir. Ermənistanla sərhədinin yaxınlığında NATO ilə birgə təlimlər keçirilir, Avropa İttifaqının təxribatçı-kəşfiyyat missiyası iş görür, İran buna susur. Sanksiyalara görə Qərbin, demək olar ki, heç bir dövləti İranla əməkdaşlıq etmir, amma İrəvan onların gözü qabağında Tehranla iqtisadi-ticari, hətta hərbi əlaqələri həyata keçirir, buna görə onu qınayan yoxdur. Yəni biz həm İran, həm də Qərb dövlətləri tərəfindən bu ikili standarları müşahidə edirik. Bunlar isə Azərbaycana qarşı hansısa iddia ilə çıxış edirdilər. Dünya belədir və biz yalnız özümüzə güvənməli və müstəqil siyasətimizi irəli aparmalıyıq.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see420

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see238

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see220

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see213

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see213

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see210

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see205

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see201

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see199

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see188

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see185

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see184

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see183

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see182

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see181

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see180

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see173

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see170

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri