Icma.az
close
up
RU
“Yumşaq qalsın deyə kükürd vurulur, yumaq lazımdır ki…” quru meyvələrdən gələn TƏHLÜKƏ

“Yumşaq qalsın deyə kükürd vurulur, yumaq lazımdır ki…” quru meyvələrdən gələn TƏHLÜKƏ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qurudulmuş meyvələr sağlam bir məhsuldur. Əfsuslar olsun ki, bəzi hallarda çox saxlanılsın deyə istehsalında kimyəvi üsullardan  istifadə edilir. Həmin quru meyvələr mağazalarımızda geniş şəkildə satılır. Onlar göz oxşayır, uzun müddət xarab olmur və zərərvericilər tərəfindən hücuma məruz qalmır. Quru meyvələrin xeyrinə görə insanlar ondan istifadə edir. Amma sosial şəbəkələrdə paylaşılan bəzi videolardan aydın görmək olur ki, quru meyvələrə boya və kimyəvi maddələr vurulur. Belə olan halda onların xeyrindən ümumiyyətlə danışmaq olmaz. İnsanlar əksər hallarda ya meyvələri evdə özləri qurudur, ya da quru meyvələrin ziyanından xəbərdar olsalar da məcburiyyət qarşısında alıb istifadə edirlər.

Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, quru meyvələrin istehsalında əksər hallarda kimyəvi maddələrdən istifadə edilir.

“Quru meyvələri yumşaq saxlamaq üçün kimyəvi maddələr vurulur. Ələxsus da kükürd tozundan istifadə edilir. Qara kişmişə rəng vurulması barədə fikirlər də var. Bu nə dərəcədə həqiqətdir ya yox dəqiq demək olmaz. Guya rəng daha parlaq görünsün deyə vurulur. Qara kişmişin özü elə qaradır, suya da töksən kişmişi qara rəng verəcəkdir. Çünki üzümdür. Lakin quru meyvələrin yumuşaq qalması üçün kükürddən istifadə olunması reallıqdır” deyə o bildirib. 

Eyyub Hüseynov deyir ki, quru meyvələri mağazadan alarkən yumaq lazımdır. Belə olan halda onun tərkibindəki kükürd nisbətən gedəcək:

“Əgər bir meyvəyə kimyəvi maddə vurulursa, demək ki, orada təbiilikdən söhbət gedə bilməz. Bu da əlbəttə ki, insan sağlamlığına ziyandır. Quru meyvə alan zaman mütləq və mütləq yuyulmalıdır. Özü də isti suda. Yuyandan sonra sərsinlər, ondan sonra istifadə etsinlər. Əgər rəng vurulubsa o rəng də gedər. Bundan əlavə də mağazalarda satılan quru meyvələrin üzərində hansı maddələrdən istifadə olunursa o mütləq şəkildə göstərilməlidir. Əgər göstərilmirsə demək ki, istehlakçıların hüquqları pozulur” deyə Eyyub Hüseynov deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri