Icma.az
close
up
RU
Amerikanın yumşaq uçot siyasəti

Amerikanın yumşaq uçot siyasəti

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Mərkəzi Bankı son 5 ilin ən aşağı uçot dəhlizini müəyyənləşdirib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) sentyabrın 16-17-də keçirilən iki günlük iclasdan sonra əsas uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25 faiz diapazon çərçivəsində müəyyənləşdirib.Adıçəkilən maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında bildirilir ki, ölkənin əmək bazarında sabitliyin möhkəmlənməsi uçot dərəcəsinin endirilməsi məqsəduyğun hesab edilib. FES-in rəhbəri Cerom Pavel Cekson-isə bildirib ki, ABŞ-da inflyasiyanın mümkün artım riskləri ilə bağlı narahatlıq hələ də əlverişsiz olaraq qalır və uçot stavkasının aşağı salınması maliyyə bazarlarında əlavə təhdidlər yarada bilər. Ancaq bununla belə, FES rəhbəri əmək bazarı göstəricilərinin müəyyən qədər yaxşılaşdığını və bu amilin faiz endirimini mümkünləşdirdiyini vurğulayıb.

Federal Ehtiyat Sistemi risklərin qaldığını bildirir

Federal Ehtiyat Sisteminin 17 sentyabr qərarı ABŞ-da ötənilki aşağı faiz qərarından sonra növbəti yumşaq dəhliz siyasəti deməkdir. Belə ki, FES ötən 5 ildə ABŞ-ın pul siyasətində bir neçə dəfə dəyişikliklər edərək baza uçot dərəcəsini azaldıb. Uçot dərəcəsi 0,5 faiz azaldılaraq 5,5 faiz dərəcəsindən 4,5 faizə qədər endirilib. FES-in bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdən ibarət olub. 2024-cü ildə isə təmkinli pul siyasəti yürüdülərək faiz dəhlizi sabit saxlanılıb. Bunun başlıca səbəbi ötən il iqtisadiyyatda inkişaf templərinin azalması, biznesin fəallığının aşağı düşməsi, bank və sığorta, investisiya şirkətlərinin real iqtisadiyyata maliyyə ayırmalarının azalması olub.

2025-ci ilin ilk 6 ayında da iqtisadi artım göstəriciləri nisbətən qənaətbəxş olduğundan FES faiz dəhlizini yumşaltmağa qərar verib. Ancaq bununla belə, qurumun rəhbərliyi ziddiyətli açıqlamalar verərək ölkə iqtisadiyyatı ilə bağlı risklərin aradan qalxmadığını bildirir.

Tramp administrasiyası qərardan məmnundur

Tramp administrasiyası 2025-ci ilin ilk yarısında ABŞ-da iqtisadi artımın normal olduğunu, investisiya və fond bazarlarının hərarətləndiyini, eyni zamanda, inflyasiyanın xeyli azaldığını bəyan edərək FES-in uçot dərəcələrini aşağı salmasını məntiqli addım kimi dəyərləndirir. Administrasiyanın iqtisadi komandası bu qənaətdədir ki, ABŞ Mərkəzi Bankı aşağı faiz dərəcəsi stavkasını dəstəkləməklə ölkənin maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdıra bilər. Son aylarda ABŞ-da inflyasiyanın davamlı azalması, yeni iş yerlərinin artım dinamikasının yüksəlməsi kimi amillər uçot dərəcəsinin azaldılması üçün əsas hesab olunur. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artıra bilər ki, bu da yığımların böyüməsinə imkan verə bilər.

FES-in qərarı qlobal bazarlara necə təsir göstərəcək?

FES-in aşağı dərəcəli faiz stavkası qlobal bazar iştirakçıları və iri səhmdarlar üçün da xüsusi əhmiyyət kəsb edir. Ümumiyyətlə, ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir.

Dünya birjaları bu addımın yeni hərəkətverici impuls yaradacağını ehtimal edirlər. Xüsusilə də, maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklərin baş verməsi gözlənilir. Dolların və aparıcı investisiya alətlərinin, səhmlərin ucuzlaşması fərz edilsə də, qızılın və blokçeynlərin, kriptovalyutaların bahalaşması istisna olunmur.

Trampın yeni maliyyə siyasəti  də məhz aşağı uçot dəhlizi çərçivəsində ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Son aylarda qiyməti durmadan artan qızlın unsiyası 3600 dolları ötüb. Nyu-York Əmtəə Birjasında (COMEX) qızılın bir troya unsiyası üçün qiymət indeksi 3600 dollar səviyyəsində ehtimal edilib. ABŞ analitiklərinin fikrincə, 2025-ci ilin sonuna doğru digər fyüçerslərin qiymətinin artması davam edəcək.

Qızılla bərabər, kriptovalyutaların da dəyəri artmaqdadır. Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri ticarət birjalarında 124 min dollara yüksəlib. “ING” qlobal tədqiqat institunun bazar analitiki Toni Saykamorun sözlərinə görə, “Bitcoin”in bahalaşması ABŞ Mərkəzi Bankının faiz endirimindən sonra yeni ümidverici dəyərlər vəd edir. Birja analitikləri hesab edirlər ki, bu cür meyillər davam etsə “Bitcoin”in dəyəri 150 min dollara qədər yüksələ bilər. “Fundstrat” tədqiqat şirkətinin rəhbəri Tom Leen isə ehtimal edir ki, 2025-ci ilin sonuna qədər “Bitcoin”in qiyməti 250 min dollara qədər yüksələcək.

Beləliklə, FES-in uçot dərəcəsini aşağı salması ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kriptovalyuta yığımlarına transformasiyasına yeni stimumlar verəcək. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar  faiz dəhlizinin təsirləri fonunda daha sərfəli investisiya alətlərinə üstünlük verəcək. Bu isə dünya iqtisadiyyatında qlobal iqtisadi mühitdə müəyyənsizliyi artıracaq, səhmdarların digər sahələrdə sərmayələrini azaldacaq.

ELBRUS

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri