Icma.az
close
up
RU
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq

Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə sosial şəbəkələrdə böyük supermarketlədən birində yumurta satışına məhdudiyyət qoyulması ilə bağlı fotolar yayılmaqdadır.

Ölkə.Az xəbər verir ki, alıcılara yumurtanın limitlə satıldığını göstərən məlumat vərəqəsi yerləşdirilib.

Bir nəfərə 30 ədəddən artıq yumurtanın satılmadığı bildirilir. Bu da bazrda yumurta qıtlığının yaranıb-yaranmaması ilə bağlı suallar doğruub.

“Bravo” marketlər şəbəkəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hansısa qıtlıqla əlaqəli deyil:

“Bazarda yumurtanın münasib qiymətlərlə satışı BRAVO tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə, kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində məhsullarımızı  müştərilərimiz  rahatlıqla əldə edə bilir və mağazalarımızda məhsul davamlılığı qorunur. Bu addım məhsul davamlılığını qorumağa və müştərilərimizin ehtiyaclarını tam qarşılamağa xidmət edir. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını təmin etmək və alış-verişini daha rahat etməkdir”,-  deyə açıqlamada bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən Ölkə.Az-ın sorğusuna cavab olaraq ölkədə yumurta istehsalının tələbatdan çox olduğu bildirilib:

“Son günlər sosial şəbəkələrdə və bir sıra İnternet resurslarında “Bravo” marketdə yumurta satışına limit qoyulduğuna dair məlumat və fotolar paylaşılır. Bu paylaşımlar Azərbaycanda süfrə yumurtası qıtlığının yaranmasına dair rəy formalaşdırır. Bunu nəzərə alaraq Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur.

Biz o foto ilə bağlı araşdırma apardıq. “Bravo” marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir. Satış şəbəkəsi bir malın qiymətini endirməklə yanaşı, onun bir nəfərə satış həcminə də məhdudiyyət tətbiq edir.

Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edirlər. Hazırda ölkədə süfrə yumurtasına olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”.

Sorğumuza cavab olaraq həmçinin yumurta satışında qiymət artımının gözlənilmədiyi bildirilib.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri