Səhər yumurta yeməyin 7 səbəbi
Icma.az, Lent az saytına istinadən bildirir.
Yumurta dünyanın ən faydalı qidalarından biri hesab olunur. Mütəxəssislərin fikrincə, xüsusilə səhər yeməyində yumurta istehlak etmək orqanizm üçün bir sıra üstünlüklər yarada bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qidalanma üzrə mütəxəssis və qida elmləri sahəsində elmi dərəcəsi olan Jül Klensi səhər yeməyində yumurtaya üstünlük verməyin 7 əsas səbəbini açıqlayıb.
Birincisi, yumurta uzun müddət toxluq hissi yaradır. Tərkibindəki zülal və yağlar enerji səviyyəsinin qorunmasına kömək edir və nahara qədər əlavə qida qəbul etmək istəyini azalda bilər.
İkincisi, yumurtalı səhər yeməyi çəkiyə nəzarətdə faydalı ola bilər. Bəzi araşdırmalarda səhər yumurta yeyən insanların şirniyyat və xəmir məhsullarına üstünlük verənlərlə müqayisədə daha rahat çəki itirdiyi müşahidə edilib.
Yumurta həm də yüksək keyfiyyətli zülal mənbəyidir. Onun tərkibində orqanizmin ehtiyac duyduğu bütün əsas amin turşuları mövcuddur.
Digər üstünlük isə qiymətidir. Qırmızı ət kimi digər yüksək zülallı məhsullarla müqayisədə yumurta daha əlçatan qida hesab olunur.
Mütəxəssislər yumurtanın tərkibində xolesterin olmasına baxmayaraq, qidadan qəbul edilən xolesterinin əksər insanlarda qandakı xolesterinə təsirinin əvvəllər düşünüldüyü qədər böyük olmadığını bildirirlər. Bununla belə, ürək-damar xəstəliyi və ya yüksək xolesterini olan şəxslərin fərdi qidalanma tövsiyələrinə əməl etməsi vacibdir.
Yumurta beyin fəaliyyəti üçün əhəmiyyətli olan xolinlə də zəngindir. Bu maddə yaddaş və sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayır.
Bundan başqa, yumurtanın tərkibində lutein və zeaksantin kimi antioksidantlar var. Bu maddələr göz sağlamlığını dəstəkləyir və yaşla əlaqədar bəzi görmə problemlərinin yaranma riskinin azalmasına kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, yumurta balanslı qidalanmanın bir hissəsi kimi səhər yeməyi üçün həm doyumlu, həm də qidalı seçim ola bilər.
Baxış sayı:55
Bu xəbər 24 Avqust 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















