Yumurtanın maya dəyəri azalıb, qiymətlər artıb
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı müəssisələrində yumurtanın istehsal maya dəyəri azalsa da, satışının rentabelliyi yüksəlib.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə müəssisələrdə min ədəd yumurtanın istehsal maya dəyəri 88,69 manat təşkil edib. Bu göstərici 2024-cü ildə 90,89 manat olub.
Beləliklə, min yumurtanın istehsal xərci bir ildə 2,20 manat və ya təxminən 2,4 faiz azalıb. Bir yumurtanın orta istehsal maya dəyəri isə təxminən 8,9 qəpik təşkil edib.
Eyni dövrdə yumurta satışının rentabelliyi 21,8 faizdən 42,6 faizə yüksəlib. Bu, 20,8 faiz bəndi artım deməkdir.
Qeyd edək ki, göstəricilər kənd təsərrüfatı müəssisələrinin fəaliyyətini əhatə edir. İstehsal maya dəyəri yumurtanın mağazalardakı satış qiymətini, rentabellik göstəricisi isə pərakəndə satıcıların qazancını ifadə etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















