Yumurtaya bunu əlavə edin Diyetoloqlar ən faydalı inqrediyenti açıqladı
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səhər yeməyində yumurtaya cəmi bir məhsul əlavə etməklə onun qida dəyərini artırmaq mümkündür. Dietoloqlar bunun üçün avokadonu tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, yumurta zülal, vitamin və minerallarla zəngin olsa da, onun tərkibində lif demək olar ki, yoxdur. Halbuki lif həzm sisteminin normal fəaliyyətində və qanda şəkərin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır.
Bir ədəd yumurtada təxminən 6 qram zülal var. Avokado isə lif baxımından daha zəngin məhsullardan biridir. Bir ədəd avokadoda təxminən 10 qram lif ola bilər. Bundan əlavə, bu meyvənin tərkibində folat, kalium, C və E vitaminləri də mövcuddur.
Avokadonu yumurtaya əlavə etməyin bir neçə yolu var. Ən sadə üsul hazır omlet və ya çalınmış yumurtanın üzərinə doğranmış avokado dilimləri qoymaqdır.
Digər üsul isə avokadonu kiçik hissələrə bölərək bişmə prosesinin sonuna yaxın yumurtaya əlavə etməkdir. Bu zaman yeməyin konsistensiyası daha yumşaq və kremli olur.
Avokadonu əzib qızardılmış çörəyin üzərinə çəkmək və üzərinə yumurta qoymaq da mümkündür. Dadını artırmaq üçün az miqdarda duz, istiot və laym şirəsi əlavə edilə bilər.
Dietoloqlar səhər yeməyində lif miqdarını artırmaq istəyənlərə tam taxıllı və ya toxumlu çörək seçməyi də məsləhət görürlər. Yumurtaya yaxşı uyğunlaşan ispanaq isə əlavə lif mənbəyi kimi istifadə oluna bilər.
Beləliklə, yumurta ilə avokadonun birlikdə istifadəsi zülalla yanaşı, səhər yeməyinə lif və müxtəlif vitamin-minerallar əlavə etməyin sadə yollarından biri hesab olunur.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Pomidor yumurtaya bunu əlavə edin Daha dadlı olur
11 Aprel 2026 02:02
İltihabla mübarizədə ən faydalı şirə Diyetoloqlar açıqladı
04 Fevral 2026 17:29
Diyetoloqlar uzunömürlülük üçün ən faydalı konserv məhsulunu açıqladı
01 Avqust 2026 08:47
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı Diyetoloqlar açıqladı
29 İyul 2026 08:46
Yumurta, yoxsa yulaf əzməsi? Diyetoloqlar ən faydalı səhər yeməyini açıqladı
21 Noyabr 2026 13:22
Baxış sayı:164
Bu xəbər 17 Sentyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları