Yunan Roma güləşi üzrə millimizin toplanışı
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yunan-Roma güləşi üzrə milli komandamız sabah növbəti təlim-məşq toplanışına start verəcək.
Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında təşkil edilən hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək.
Sentyabrın 22-dək davam edəcək toplanışda baş məşqçi Məhəmməd Bəna böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında Eldəniz Əzizli, Fərid Sadıxlı, Emin Cavadlı (hamısı 55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 60 kq), Nihat Məmmədli, İlkin Qurbanov, Tural Əhmədov, Ayxan Cavadov (hamısı 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Ruslan Nurullayev, Davud Məmmədov, Cavidan Nehmətov (hamısı 77 kq), Qurban Qurbanov, Elmin Əliyev (hər ikisi 82 kq), İslam Abbasov, Orxan Hacıyev (hər ikisi 87 kq), Emil Abasov, Murad Əhmədiyev (hər ikisi 97 kq), Beka Kandelaki, Sərxan Məmmədov və Məzaim Mərdanov (hamısı 130 kq) iştirak edəcək.
Hazırlıq prosesi oktyabrın 12-dən 18-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək U23 dünya çempionatına, eləcə də oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Rəşad Məmmədov, Murad Məmmədov (hər ikisi 60 kq), Sakit Quliyev (63 kq), Tuncay Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) Almaniyada keçirilən Bundesliqa yarışlarında çıxış etdikləri üçün növbəti təlim-məşq toplanışında milli komandaya qoşulacaqlar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Sentyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















