Icma.az
close
up
RU
Yunan Roma güləşi üzrə millimiz vətənə qayıtdı

Yunan Roma güləşi üzrə millimiz vətənə qayıtdı

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Albaniyanın paytaxtı Tiranada keçirilmiş U23 Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Metbuat.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Baş məşqçi Aleksandr Tarakanov bildirib ki, heyət gənclərdən qurulub, onlar qələbə qazanmağa istəkliydilər:

"Onların bir çoxu xarakter göstərdi. Bəzilərində alınmadı. Buna da zaman lazımdır. Bəzi güləşçilərimiz var ki, bu yaş qrupunda çıxış edə bilərdi, onlar böyüklərin Avropa çempionatına hazırlaşır. Bu yarışda buraxılan səhvlərin üzərində işlənəcək ki, növbəti yarışlarda daha yüksək nəticələr qazanılsın. Federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm ki, yüksək səviyyədə hazırlaşmağımız üçün istənilən şərait yaradılıb”.

Ruslan Nurullayev, Avropa çempionu:

“İlk növbədə federasiya rəhbərliyinə, məşqçilər korpusuna və mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ötən il bəzi kiçik nüanslar oldu ki, məni çempionluqdan kənarda qoydu. Çox şükür ki, bu il layiq olduğum qızıl medalı aldım. İlboyu ölkə xaricində və daxilində yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdik. Bu uğurunu davamını U23 dünya çempionatında gətirməyə çalışacağam. Bu qələbəmi atama həsr edirəm. Ona söz vermişəm ki, onun istədiyi bütün medalları qazanacağam. Çox şükür ki, sözümü tutmağa davam edirəm”.

Ziya Babaşov, Avropa ikincisi:

“Üzərimdə əziyyəti olan məşqçilərə, mənə dəstək verən və mənim üçün dua edən hər kəsə minnətdaram. Gümüş medal qazandım. Nəticəmdən razı deyiləm. Çünki zədələrim oldu. İnşallah, dünya çempionatında bunu qızıl medalla əvəzləməyi düşünürəm”.

Elmir Əliyev, Avropa üçüncüsü:

“Məşqlərimiz çox gözəl keçmişdi. Yaxşı hazırlaşmışdıq. Ani bir səhvdən qızıl medalı əldən verdim. Çempion olmalıydım. Hamı mənə ümid bağlamışdı. Qismət beləymiş. Hər halda, medalsız qalmadıq. Qələbə qazandığım bütün görüşlərdə tam üstünlüklə qalib gəldim. Yalnız yarımfinalda qarşılaşma 2:2 bitdi. Son saniyələrdə qələbəni əldən verdim. Ümid edirəm ki, U23 dünya çempionatında bürüncü qızılla əvəzləyəcəyəm”.

Xasay Həsənli: Avropa üçüncüsü:

“Medalsız qalmadığıma görə sevincliyəm. Amma 3-cü yerə çıxdığıma görə də məyusam. Mən özümdən qızıl medal gözlüyürdüm. Əfsuslar olsun ki, alınmadı. Gözlənilənləri vermədim. Amma bu idmandı hər an hər şey ola bilər. Avropa çempionatında bütün rəqiblər güclü olur. Xorvatiyada keçirilən təlim-məşq toplanışında dirsəyimdən ağır zədə aldım. Tam istədiyim kimi hazırlaşa bilmədim. Amma bunu məğlubiyyətimə səbəb göstərmirəm. Komanda çox yaxşı hazırlaşmışdı. Uşaqların hamısı Xorvatiyada təlim-məşq toplantısı keçmişdi. Zədələndim və zədəm mənə mane oldu. İstədiyim kimi məşq edə bilmədim. 2022 və 2024-cü illərdə U23 Avropa çempionatında qızıl qazanmışdım. Düşünürdüm ki, 3 qat Avropa çempionu ola bilərəm. Amma düşündüyüm kimi olmadı. Səhvlərim var. İnşallah, bu səhvlərin üstündə işləyib, düzəldəcəyəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri