Icma.az
close
up
RU
Yunanıstanda keçirilən beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

Yunanıstanda keçirilən beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının nəqliyyat bağlantılarına həsr edilən beynəlxalq konfransda təmsil olunub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) analitiki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunan nümayəndəsi Əliş İsmayılov konfrans çərçivəsində keçirilən sessiyada çıxış edib.

Çıxışı zamanı Əliş İsmayılov bildirib ki, son illərdə qlobal təchizat zəncirləri ciddi sınaqlarla üzləşib, Avropa ilə Asiya arasında alternativ və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Bu kontekstdə Orta Dəhliz Avropa və Asiyanı birləşdirən strateji, iqtisadi cəhətdən səmərəli və dayanıqlı bağlantı xətti kimi formalaşır. 

Həmçinin vurğulanıb ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025 – 2026-cı illərdə həyata keçirdiyi sədrliyin əsas prioritetlərindən olub. Orta Dəhlizlə bağlı mövzu təşkilatın gündəliyində xüsusi yer tutub və gələcəkdə də bu istiqamətdə müzakirələrin davam etdirilməsi gözlənilir.

Çıxış zamanı OECD və BNF-nin hazırladığı “Orta Dəhlizin potensialının reallaşdırılması” hesabatına da istinad olunub. Hesabatda regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, sərhəd və tranzit prosedurlarının sadələşdirilməsi, liman və dəmir yolu infrastrukturuna investisiyaların artırılması, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir.

Sonda BNF-nin 2026 – 2027-ci illər üzrə İş Proqramında yükdaşımaların səmərəliliyi və rəqəmsallaşdırılması mövzusunda yeni tədqiqatların nəzərdə tutulduğu bildirilərək üzv dövlətlər və tərəfdaş təşkilatlar əməkdaşlığa dəvət olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri