Icma.az
close
up
RU
“Yunayted”in 40 ildi davam edən seriyası var!

“Yunayted”in 40 ildi davam edən seriyası var!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Yunayted” Aleks Ferqyuson dönəmindən bəri bir çox rekordları və antirekordları yeniləyib. Ancaq bir göstərici heyrət doğurur. Çünki 1984-cü ildən bəri davam edir.

"Football-plus.az" xəbər verir ki, bu göstəricinin başlanğıcı hətta Ferqyuson dönəmindən də əvvələ təsadüf edir.
Məsələ burasındadı ki, “Yunayted” 40 ildən çoxdu premyer-liqada “Old Trafford”da fasiləyə öndə yollandığı qarşılaşmalarda məğlub olmur! Bazar ertəsi bu möhtəşəm seriya qırılmağa yaxın idi. “Qırmızı şeytanlar” “Bornmut”la ev oyununda fasiləyə 2:1 öndə yollansalar da, qonaqlar ikinci hissədə iki qol vuraraq 3:2 önə keçdilər. Nəticədə qalib müəyyənləşmədi və tarixi matç 4:4 hesabı ilə yekunlaşdı. Belçikalı qapıçı Senne Lammens son saniyələrdə “Yunayted”i 3 real qoldan xilas etməsəydi, seriya qırılacaqdı. Amma əvəzində seriya 394 oyuna yüksəldi (359 qələbə, 35 heç-heçə)! Bu seriya başlayarkən heç indiki baş məşqçi Ruben Amorim belə doğulmamışdı. Premyer-liqa klubları arasında bu, hazırda böyük fərqlə ən yaxşı göstəricidi. İkinci pillədə “Liverpul” qərarlaşıb. “Qırmızılar” “Enfild”də fasiləyə öndə yollandıqları son 159 premyer-liqa matçında məğlub olmayıblar. Digər pillələrdə “Brayton” (31) və “Aston Villa” (28) qərarlaşıb.
İndi isə əsas oyun haqda danışaq. “Yunayted”in sonuncu dəfə “Old Trafford”da fasiləyə öndə yollandığı və yekunda məğlub olduğu qarşılaşma 1984-ün mayına təsadüf edib. Həmin vaxt rəqib “İpsviç” idi. Ferqyuson hələ İngiltərəyə ayaq basmamışdı və tarix yazaraq Şotlandiya çempionu etdiyi “Aberdin”in başında son aylarını keçirirdi. “Yunayted”i Ron Atkinson çalışdırırdı. “İpsviç”i çalışdıran Bobbi Feryuson artıq həyatda yoxdu. O, 2018-ci ildə 80 yaşında dünyasını dəyişib. Bobbi Ferqyuson 2013-cü ildə ilk baxışdan adi görünən, amma sonradan tarixi qarşılaşmaya çevrilən həmin oyun haqda danışarkən bunları demişdi:

“O oyunla bağlı yadımda qalan əsas məqam leysan yağışın yağmasıdı. Buna baxmayaraq, “Old Trafford”un ot örtüyü mükəmməl vəziyyətdə idi. Mövsüm sona yaxınlaşırdı, amma meydan hələ də ideal idi. Sonradan bizə dedilər ki, ot örtüyü söküləcək. Çünki altdan istilik sistemi qoşulacaq. Bunu eşidəndə qulaqlarıma inana bilməmişdim. Evdə fasiləyə öndə yollandıqda və sonda məğlub olduqda hər futbolçu istəyir ki, bu oyunu tezliklə unutsun. Amma o vaxtdan bəri “Yunayted”in heç bir futbolçusu bunu yaşamayıb. İnanılmaz statistikadı”.


Maraq üçün bildirək ki, mankunianlar həmin mövsümü 4-cü pillədə tamamlamış və Kuboklar Kubokunda yolüstü Maradonalı “Barselona”nı geridə qoyaraq (səfərdə 0:2, evdə 3:0) yarımfinala qədər irəliləmişdi.
Yeri gəlmişkən, “Yunayted”i yeni səviyyəyə yüksəldən, həm bu klubun, həm İngiltərə futbolunun tarixində böyük iz buraxan Aleks Ferqyuson mankunianların indiki durumu haqda fikrini bölüşüb. 84 yaşlı futbol adamı İngiltərə mətbuatına açıqlamasında indiki baş məşqçis Ruben Amorim və klubun çempionluq həsrəti ilə bağlı suala belə cavab verib:

“Amorim yaxşı insandı. Qarşısına heç də asan vəzifə qoyulmayıb. Vaxtilə “Liverpul” da belə durumla qarşılaşmışdı. O vaxt da bu məsələni gündəmə gətirmişdim. “Liverpul” 4 dəfə Çempionlar Kubokunu qazanmış fantastik klub idi. Amma İngiltərə çempionatında növbəti çempionluğu 31 il gözləməli oldular. İndi biz də eyni vəziyyətdəyik. Bizdə də çempionluq həsrəti 10 il və ya 15 il çəkə bilər. Sadəcə, hər addımı yaxşıca götür-qoy etmək lazımdı. Əmin olmalısan ki, transfer siyasəti ən azı əvvəlki illərdən daha yaxşı olacaq”.


Sonda xatırladaq ki, komanda son çempionluğunu 2013-cü ildə məhz Ferqyusonla qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri