YUNESKO Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı müraciət edib
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
YUNESKO Yaxın Şərqdə davam edən hərbi eskalasiyanın təhsil müəssisələrinə, şagirdlərə və təhsil işçilərinə təsirindən dərin narahatlıq keçirir.
SİA səfirliyə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, İranın cənubundakı Minab rayonunda yerləşən qızlar məktəbinə edilən hücum, çoxsaylı şagirdlər də daxil olmaqla 100-dən çox insanın ölümü ilə nəticələnib. Təhsil üçün nəzərdə tutulmuş bir məkanda şagirdlərin öldürülməsi beynəlxalq humanitar hüquqa əsasən məktəblərə verilən qorumanın ciddi şəkildə pozulmasıdır.
Təhsil müəssisələrinə edilən hücumlar şagirdləri və müəllimləri təhlükəyə atır və təhsil hüququnu pozur. YUNESKO öz mandatına və BMT Təhlükəsizlik Şurasının 2601 (2021) saylı qətnaməsinə uyğun olaraq, bütün tərəflərin məktəbləri, şagirdləri və təhsil işçilərini qorumaq öhdəliklərini xatırladır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Mart 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















