Icma.az
close
up
RU
PFL dən Ayxan Abbasova cavab “Bunu demək etik deyildi”

PFL dən Ayxan Abbasova cavab “Bunu demək etik deyildi”

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PFL-dən Ayxan Abbasova cavab - “Bunu demək etik deyildi”

“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov ötən gün Misli Premyer Liqasının 21-ci turunda “İmişli” ilə oyundan sonra matçın keçirildiyi Quba Olimpiya Stadionunun daha bir nöqsanı ilə bağlı danışıb. Onun sözlərinə görə arenanın qapıları standartlardan 11 sm hündür olub və buna müdaxilə edildikdən sonra problem aradan qaldırılıb.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. O, Qol.az-a açıqlamasında durumu belə izah etdi:

“Oyunların təşkili məsələlərində əsas şəxslərdən biri AFFA nümayəndələridir. Bu şəxslər öz müəyyən etdikləri, bir çox hallarda isə klublar tərəfindən edilən müraciətlər, şikayətlər əsasında oyunun təşkilinə mane ola biləcək çatışmazlıqların aradan qaldırılması yönündə çalışır. Bu barədə PFL-ə məlumat verilir, ardından isə məsləhətlər əsasında işlər yoluna qoyulur. Bu dəfə də eyni hal yaşanıb. Quba Olimpiya Kompleksinin stadionunda qapıların ölçüsündə hər hansı problem olmayıb. Sadəcə meydança təbii örtüklü olduğundan dünyanın hər bir yerində tez-tez rast gəldiyimiz qapıçıların dayandığı nöqtədə kiçik çöküntü yaşanıb. Bu barədə “Şamaxı” klubundan AFFA nümayəndəsinə xəbər verilib. Yoxlamadan sonra 7-8 sm çöküntü olduğu aşkarlanıb və dərhal da yoluna qoyulub. Ayxan müəllimin bildirdiyi kimi qapının standartları ilə bağlı “qlobal” bir hal yaşanmayıb. Burada şişirdiləcək bir şey olmayıb. Təbii örtüklü meydançalarda tez-tez yaşanan hadisədir”. 

Sənan Abdullayev

PFL rəsmisi qeyd edib ki, sözügedən nasazlıq futbolda tez-tez baş verə bilər: “Ümumiyyətlə, bu tip halların klublar tərəfindən AFFA nümayəndəsinə bildirilməsində qəbahət bir şey yoxdur. Məsələn, oyunöncəsi iclasda iştirak edən rəqib komandanın nümayəndəsi isti suda problem yaşandığını bildirməsə, AFFA nümayəndəsi onu necə bilə bilər. Və ya təcili tibbi yardım, elektron tablo və s. problemlər barədə klubların nümayəndəni məlumatlandırması və problemin aradan qaldırılması standart bir prosedurdur. Məsələn, fevralın 5-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda baş tutmalı olan matç öncəsi güclü qar yağışı başlamışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı.

Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s. Nəticə də oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması təbii ki, çatışmazlıqdır və çatışmazlığın aradan qaldırıması da normal haldır. Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq”.

Ramiq Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Fevral 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri