Icma.az
close
up
RU
Yunus Şevik qorxu filmi ilə “Ginnes Rekordlar Kitabı”na namizəd oldu

Yunus Şevik qorxu filmi ilə “Ginnes Rekordlar Kitabı”na namizəd oldu

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Tanınmış rejissor Yunus Şevik öz sahəsindəki uğurlarını beynəlxalq səviyyəyə daşıyaraq daha bir ilkə imza atıb. “Kulyas 1” adlı qorxu filmi ilə böyük kassa uğuru qazanan rejissor, bu uğurun davamı olaraq “Kulyas 2” filmini çəkib.

18-ci əsr Rusiya Çarlığı dövründən başlayaraq, müasir Türkiyənin İstanbul və Qars şəhərlərindən keçib ABŞ-a qədər uzanan hekayəni əks etdirən “Kulyas 2” filminin çəkilişləri əvvəlcə Türkiyədə, daha sonra isə ABŞ-ın Nyu-Cersi, Nyu-York və Florida ştatlarında həyata keçirilib. Filmin rejissoru Yunus Şevikdir. Baş rollarda isə Seda Başayvaz, Can Yavuz, Muharrem Fındıcak və Cihan Yıldız kimi istedadlı aktyorlar yer alıb.

Türk-Amerika ortaq istehsalı olan “Kulyas 2”nin 8 avqust 2025-ci il tarixində vizyona çıxması planlaşdırılır. Film 2 ölkə, 6 ştat və 37 fərqli məkanda çəkildiyi üçün Yunus Şevik bu layihə ilə “Beynəlxalq Ən Çox Çəkiliş Məkanına Sahib Qorxu Filmi” kateqoriyasında Ginnes Rekordlar Kitabına müraciət edib.

Yunus Şevik bu barədə belə deyib: “Ölkəmizin qorxu filmlərindəki irəliləyişlərinin zirvəsi ‘Kulyas 2’ olacaq. Xarici qorxu filmlərində maksimum 30 fərqli məkanda çəkiliş aparılıb. Biz bu rekordu qırdıq və bu səbəbdən Ginnesə müraciət etdik. Əgər bu dünya rekordu rəsmi şəkildə tanınarsa, həm ölkə kinematoqrafiyamızı beynəlxalq səviyyəyə çıxarmış, həm də qorxu janrında peşəkarlığımızı sübut etmiş olacağıq.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri