Icma.az
close
up
RU
“Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlılar

“Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlılar

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Adi insanlara məşhur nailiyyətlərinin siyahısına daxil olmaq üçün bir yol açan “Ginnesin Rekordlar Kitabı” 70 illik yubileyini qeyd edir.

O, bəzi potensial titullar təklif edir və oxuculara şəxsiyyət növlərini mümkün rekordlara uyğunlaşdırmağa kömək etmək üçün onlayn viktorina yaradır.

İlk dəfə 1955-ci ildə nəşr olunan illik kitab - ilkin olaraq kiçik mübahisələrini həll etmək üçün hazırlanıb, sonra 40-dan çox dildə 155 milyon nüsxə çap olunaraq beynəlxalq fenomenə çevrilib.Nəşrin özü dünyanın ən çox satılan müəllif hüquqları ilə qorunan kitabı kimi siyahıya alınıb.

Bəs Azərbaycan "Ginnesin Rekordlar Kitabı"ına hansı əməllərinə görə düşüb?

*Fəxrəddin Vəliyev – “Ginnesin Rekordlar Kitabı”na düşmüş ilk azərbaycanlıdır. O, 2004-cü ildə 5 dəqiqə ərzində 20 nəfərin kölgəsini çəkməklə bu rekordu qazanıb. Fəxrəddin Vəliyev eyni zamanda Belçikada fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir və Azərbaycanın Belçikada tanınması üçün fəaliyyət göstərib.

*Ələsgər Həsənzadə - Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Rəhim oğlu Həsənzadə 7 yaşında inanılmaz bir uğura imza atıb. O, cəmi 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə toxundurmadan tam 3000 dəfə qalxıb-enmə hərəkəti edərək böyük bir rekorda imza atmışdır. Bu nailiyyəti ilə Ələsgər "Ginnesin Rekordlar Kitabı"na düşməyə nail olub.

*Stanislav Şpanin - 2002-ci ildə dünyanın ən gənc peşəkar rəssamı kimi "Ginnesin Rekordlar Kitabı"na salınıb. Bakıdan doğulan bu şəxs, rus mənşəli olmasına baxmayaraq Azərbaycan vətəndaşı kimi tanınıb. Stanislav Şpanin gənc rəssam olaraq bir cox beynəlxalq mükafatların sahibdir.

*Qədir Hüseynov - 1994-cü ildə rumıniyada keçirilən Avropa çempionatında 8 yaşında qızıl medal qazanan şahmat üzrə qrossmeyster kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. O, həm də Müstəqil Azərbaycan Respublikasının tarixində qızıl medal qazanan ilk şahmatçı kimi adını yazdırıb.

*Hüseyn Rzazadə - gücü ilə dünyanı heyrətləndirən soydaşımız, "Ginnesin Rekordlar Kitabı"nda planetin ən qüdrətli pəhləvanı kimi qeyd olunub. Güney Azərbaycandan olan bu ağır atlet, 263.5 kq ağırlığı başı üzərinə qaldıraraq, planetin ən güclü pəhləvanı kimi rekord kitabına daxil olub.
*Etibar Elçiyev (“Maqnit adam”) - Gürcüstanın Borçalı mahalında yaşayan bu kişi, bədənində eyni anda 50 metal qaşıq saxlamaqla “maqnit adam” ləqəbi ilə "Ginnesin Rekordlar Kitabı"na adını yazdırıb.

*Vüqar Adıgözəlov – Dubayda fəaliyyət göstərən azərbaycanlı marketinq meneceri maraqlı bir təşəbbüslə “Guinness” rekorduna imza atıb. O, təşkil etdiyi xüsusi uçuşda dünyanın 145 müxtəlif ölkəsindən sərnişini eyni təyyarədə toplayaraq “ən çox millətin qatıldığı aviauçuş” rekordunu qırıb. Bu nailiyyət həm milli müxtəlifliyi, həm də beynəlxalq birliyi simvolizə edən unikal göstərici kimi yadda qalıb.

*Faiq Həsənov – Azərbaycanda şahmatın inkişafında xüsusi rolu olan, beynəlxalq dərəcəli hakim kimi tanınan Həsənov peşə fəaliyyətində nadir göstəriciyə imza atıb. O, 60 il 149 gün davam edən hakimlik karyerası ilə yalnız ölkə şahmat tarixində deyil, həm də dünya miqyasında rekordçuya çevrilib. Bu nailiyyətinə görə onun adı 2025-ci ildə "Ginnesin Rekordlar Kitabı"na salınıb.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri