Icma.az
close
up
RU
Yuqrada Fərman Salmanov haqqında film çəkmək təklif olunub

Yuqrada Fərman Salmanov haqqında film çəkmək təklif olunub

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əvvəlcə bugünkü şimal şəhərlərinin yerində Sibir çaylarının istiqamətinin dəyişdirilməsi layihəsi çərçivəsində su anbarının yaradılması planlaşdırılırdı. Lakin Fərman Salmanovun inadkarlığı və regionda neftin olduğuna inamı sayəsində bütün ərazinin iqtisadiyyatını və gələcəyini dəyişdirən başqa bir qərar qəbul edildi.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Yuqra qubernatoru Ruslan Kuxaruk “Kino və Yerin təki. Yeni dövrün qəhrəmanının axtarışında” mövzusunda keçirilən diskussiyası zamanı deyib.

Onun sözlərinə görə, 1950-ci illərin sonunda Qərbi Sibirdə neft kəşf edən geoloq Fərman Salmanovun şücaəti Xantı-Mansiysk Muxtar Dairəsinin taleyini dəyişib: “Biz başa düşürük ki, məhz bu insanın, onun cəsarəti və qətiyyəti sayəsində neft kəşf edilib. Sonra bu ərazi neft-qaz vilayətinə çevrildi və bu gün nəinki ölkəmizdə, hətta dünyada aparıcı yerlərdən birini tutur”.

Bu gün Rusiya neftinin 40 faizindən çoxu Yuqrada hasil edilir, onun dünya hasilatındakı payı isə təxminən 5 faizdir.

Region rəhbərliyi tanınmış azərbaycanlı geoloq Fərman Salmanovun verdiyi töhfəni kinematoqrafiyada əbədiləşdirməyi planlaşdırır. Qubernator geoloq və onun komandası haqqında bədii film çəkməyi təklif edib.

Region rəhbərinin sözlərinə görə, film qabaqcıl insanları tərənnüm etməli, neftçi peşəsinin nüfuzunu yüksəltməli, eyni zamanda, həm əmək veteranları, həm də gənclər üçün maraqlı olmalıdır.

Bundan əvvəl “SurgutInform-TV”nin baş prodüseri, “Solivs” şirkətinin direktoru Oleq Uruşev kəşfiyyatçı haqqında film çəkmək planlarını açıqlamışdı. Çəkiliş üçün Surqut şəhəri mümkün yer kimi nəzərdən keçirilir.

Fərman Salmanovun adı artıq Tümen vilayətində əbədiləşdirilib. 2019-cu ildə Surqut şəhərinin hava limanına rəsmi olaraq onun adı verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri