Icma.az
close
up
RU
Yur Vernidub: Son 2 matçda 4 xal itirmişik

Yur Vernidub: Son 2 matçda 4 xal itirmişik

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la(3:3) görüşündən sonra mətbuat konfransında iştirak edib. 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 

- Qələbəni niyə əldən verdiniz?

- Bu, idmandır, futboldur. Bəzi hallarda olur ki, 0:3 olur, sonra 3:3, ya da 4:3 uduzursan. Əsas odur ki, nəticə çıxarmaq lazımdır. Derbidir. Burada heç kim uduzmaq istəmir. Əlbəttə ki, bu,  bizə heç nə bonus vermir. Mütləq  qələbə qazanmaq lazım idi.

- Demək olar ki, artıq "Neftçi" üçün "Qarabağ" və "Sabah" qorxulu rəqib deyil?

- "Sabah"la oyun bəlkə hesab olunmur, Azərbaycanda "Neftçi" və "Qarabağ"ın oyunu derbi hesab olunur. Bu iki klub Azərbaycan çempionatında 1000 oyun oynayıb. Bu da artıq çox şey deyir. Bu, onu göstərir ki, düz yoldayıq. "Neftçi"nin daha güclü olması üçün işimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Hədəfimiz ən yuxarıda olmaqdır. Necə olacağını çempionatdakı növbəti oyunlar göstərəcək. Bu günə qədər çempionatın 1/4 hissəsi geridə qalıb. Qarşıda bizi 25 oyun gözləyir. Kim ən doğru yolla davam etsə, qələbə də onun olacaq.

- "Qarabağ" və "Sabah"a uduzmasanız, amma qalib də gələ bilmədiniz. Bu oyunlarda 4 xal itirdiniz?

- Səmimi deyirəm ki, bəli. Son 2 oyunda 4 xal itirdik. Xüsusilə də, bu gün.

- Rotasiya imkanlarınız genişdir. Sona az qalmış 2 qol buraxmaq sizi narahat edir?

- İndi çox şeydən danışa bilərik. Sakit və təmkinlə gedib yatmaq lazımdır. Sabah oyunu analiz etməliyik. İnanın ki, hər oyunun ciddi təhlilini edirik. Ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışırıq, bəlkə bəzilərinin xoşuna gəlmir. Amma düşünürəm ki, futbol şahmat kimidir. Topu qabağa vurmaqla bitmir. Necə oyun qurmaq lazım olduğunu bilməliyik. Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq.

- Hər iki tərəfdə qapıçılar kobud səhvlərə yol verdi. Qapıçı transfer etmədiyinizə görə peşmansız?

- Bu barədə çox şey demək olar. Bizim iki güclü azərbaycanlı qapıçımız var. İkisi də yaxşı qapıçıdır. Emil Balayevin 38 dərəcə hərarəti var idi. Oyuna Rza Cəfərov çıxdı. Səhvlər ola bilər. Hətta mən deyim ki, Avropanın tanınmış qapıçıları da səhvlər edir. Amma o demək deyil ki, qapıçı transfer edilmədi deyə, bunlar baş verdi. Rza millinin qapıçısıdır. Emil Balayev də var. Gənc qapıçılarımız da var. Azərbaycanlılar var ki, onların üzərində işləmək, daha inkişaf etdirmək daha faydalıdır, nəinki kənardan gətirək. Milli üçün də faydalı olacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Oktyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri