Icma.az
close
up
RU
Yurd həsrətinin bədii hekayəti

Yurd həsrətinin bədii hekayəti

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Tanınmış alim, yazıçı, şair, pedaqoq Mahirə Nağıqızının çoxşaxəli yaradıcılığında vətənpərvərlik ideyaları, tarixi həqiqətlərə söykənən hadisələrin bədii inikası, Qərbi Azərbaycan mövzusu mühüm yer tutur. Onun sadə, lakin çoxqatlı ifadə tərzi ilə seçilən hekayələri sırasında Qərbi Azərbaycan mövzusuna həsr olunmuş “Mənim çəkmələrim” hekayəsi tarixi əhəmiyyət daşıyır.

Hekayə 1988-ci il hadisələri fonunda Qərbi Azərbaycandan zorla deportasiya olunmuş azərbaycanlıların taleyini əks etdirir. Hadisələr müəllif yaddaşı ilə ümumxalq faciəsinin qovuşduğu nöqtədə təqdim olunur. Qərbi Azərbaycandan, xüsusilə Dərələyəz mahalının Axta kəndindən olan köç və itki motivləri hekayənin əsas semantik xəttini təşkil edir. Tarixi yaddaşın yenidən canlandırılması, dövrün ağır və çətin sosial-siyasi reallıqlarının xatırlanması, bədii ədəbiyyat vasitəsilə əks etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əsərdə fərdi talenin dramatizmi, digər tərəfdən isə bütöv bir nəslin yaşadığı tarixi faciə ümumiləşdirilmiş bədii lövhələr vasitəsilə təqdim edilir. Deportasiya və məcburi köçkünlük kimi ağır tarixi proseslərin doğurduğu hisslər, iztirablar və mənəvi sarsıntılar bütöv bir nəslin taleyi fonunda əks olunur. Eyni zamanda, azərbaycanlıların ata-baba yurduna, doğma torpağa bağlılığı və vətən sevgisi təsirli şəkildə təqdim olunur.

Yazıçı vətən həsrətinin doğurduğu ağrı-acıları, doğma yurddan məhrum olmanın yaratdığı mənəvi sarsıntıları və yaddaşlardan silinməyən kədər hissini yüksək bədii ustalıqla təsvir etmişdir. Əsərin əsas ideya istiqamətlərindən biri vətən anlayışının müqəddəsliyini vurğulamaq, milli-mənəvi bütövlüyün qorunmasının vacibliyini önə çəkmək və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin zəruriliyini göstərməkdir.

Hadisələr 1988-ci ildə Qərbi azərbaycanlıların məcburi köçkünlüyü dövründə, sərt iqlim şəraitində cərəyan edir. Əsərin mərkəzində dayanan hadisələrdən biri baş qəhrəmanın çəkməsinin bir tayını itirməsi, qarlı, şaxtalı hava şəraitində ayaqyalın qalması və nəticədə ayağının donmasıdır. Baş qəhrəmanın üzləşdiyi fiziki çətinliklər məcburi köçkünlük nəticəsində insanların yaşadığı mənəvi sarsıntıları, qeyri-müəyyənliyi və doğma yurddan ayrılmağın yaratdığı ağrı-acıları ifadə edir. Beləliklə, fərdi talenin təsviri ümumxalq faciəsinin bədii ümumiləşdirilməsinə çevrilərək əsərin ideya-məzmun yükünü daha da gücləndirir.

Hekayədə ana obrazı ailə dəyərlərinin, mənəvi dayaq və sosial sabitliyin rəmzi kimi təqdim olunur. O, övladlarını hər cür təhlükədən qorumağa çalışan, onların rifahı və gələcəyi naminə bütün gücünü səfərbər edən bir şəxsiyyət kimi təsvir edilir.

Vətən həsrəti insanın mənəvi-psixoloji dünyasına böyük təsir göstərən əsas ideya istiqamətlərindən biri kimi təqdim olunur. Baş qəhrəman Süsənbərin vətən nisgili onun keçmişinə, uşaqlıq xatirələrinə, doğma yurduna və milli-mədəni mühitə bağlılığı ilə sıx şəkildə əlaqələndirilir. Bu baxımdan, vətən həsrəti yalnız coğrafi məkandan uzaq düşməyin yaratdığı duyğu deyil, həm də insanın mənəvi köklərindən, tarixi yaddaşından və milli kimliyindən ayrılmasının doğurduğu psixoloji sarsıntı kimi xarakterizə olunur.

“Mənim çəkmələrim” Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın faciəsinin, vətən həsrətinin və milli yaddaşın bədii ifadəsidir. Hekayə həm bədii-estetik dəyəri, həm də tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli bədii nümunədir.

Süsənbər AĞAMALIYEVA,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri