Icma.az
close
up
RU
Yurd həsrətinin bədii hekayəsi

Yurd həsrətinin bədii hekayəsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tanınmış alim, yazıçı, şair,  pedaqoq Mahirə Nağıqızının çoxşaxəli  yaradıcılığında vətənpərvərlik ideyaları, tarixi həqiqətlərə söykənən hadisələrin bədii inikası, Qərbi Azərbaycan mövzusu mühüm yer tutur. Onun sadə, lakin çoxqatlı ifadə tərzi ilə seçilən hekayələri sırasında Qərbi Azərbaycan mövzusuna həsr olunmuş “Mənim çəkmələrim” hekayəsi tarixi əhəmiyyət daşıyır. 

Hekayə 1988-ci il hadisələri fonunda Qərbi Azərbaycandan zorla deportasiya olunmuş azərbaycanlıların taleyini əks etdirir. Hadisələr müəllif yaddaşı ilə ümumxalq faciəsinin qovuşduğu nöqtədə təqdim olunur. Qərbi Azərbaycandan, xüsusilə Dərələyəz mahalının Axta kəndindən olan köç və itki motivləri hekayənin əsas semantik xəttini təşkil edir. Tarixi yaddaşın yenidən canlandırılması, dövrün ağır və çətin sosial-siyasi reallıqlarının xatırlanması, bədii ədəbiyyat vasitəsilə əks etdirilməsi  mühüm əhəmiyyət kəsb edir. 

Hekayədə  fərdi talenin dramatizmi, digər tərəfdən isə bütöv bir nəslin yaşadığı tarixi faciə ümumiləşdirilmiş bədii lövhələr vasitəsilə təqdim edilir. Deportasiya və məcburi köçkünlük kimi ağır tarixi proseslərin doğurduğu hisslər, iztirablar və mənəvi sarsıntılar bütöv bir nəslin taleyi fonunda əks olunur. Eyni zamanda , azərbaycanlıların ata-baba yurduna, doğma torpağa bağlılığı və vətən sevgisi təsirli şəkildə təqdim olunur.

 Yazıçı vətən həsrətinin doğurduğu ağrı-acıları, doğma yurddan məhrum olmanın yaratdığı mənəvi sarsıntıları və yaddaşlardan silinməyən kədər hissini yüksək bədii ustalıqla təsvir etmişdir. Əsərin əsas ideya istiqamətlərindən biri vətən anlayışının müqəddəsliyini vurğulamaq, milli-mənəvi bütövlüyün qorunmasının vacibliyini önə çəkmək və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin zəruriliyini göstərməkdir. 

Hadisələr 1988-ci ildə Qərbi  azərbaycanlıların məcburi köçkünlüyü dövründə, sərt iqlim şəraitində cərəyan edir. Əsərin mərkəzində dayanan hadisələrdən biri baş qəhrəmanın çəkməsinin bir tayını itirməsi, qarlı, şaxtalı hava şəraitində ayaqyalın qalması və nəticədə ayağının donmasıdır. Baş qəhrəmanın üzləşdiyi fiziki çətinliklər məcburi köçkünlük nəticəsində insanların yaşadığı mənəvi sarsıntıları, qeyri-müəyyənliyi və doğma yurddan ayrılmağın yaratdığı ağrı-acıları ifadə edir. Beləliklə, fərdi talenin təsviri ümumxalq faciəsinin bədii ümumiləşdirilməsinə çevrilərək əsərin ideya-məzmun yükünü daha da gücləndirir.

Hekayədə ana obrazı ailə dəyərlərinin, mənəvi dayaq və sosial sabitliyin rəmzi kimi təqdim olunur. O, övladlarını hər cür təhlükədən qorumağa çalışan, onların rifahı və gələcəyi naminə bütün gücünü səfərbər edən bir şəxsiyyət kimi təsvir edilir. 

Yazıçının bədii ustalığı onun ən çətin məqamlarda insanlara dayaq olan, mərhəmət və qayğı göstərən şəxslərin yaddaşlarda əbədi qalmasını Məsmə xala obrazında yüksək sənətkarlıqla təqdim etməsində özünü göstərir. Hekayədə oxucuya mənəvi-əxlaqi dəyərlər aşılayaraq insanların bir- birinə olan  münasibətlərində yaxşılığın, mərhəmətin və vicdan borcunun əhəmiyyəti ön planda verilir. Əsərdə simvolik məna daşıyan qrafin detalı xüsusilə diqqət çəkir. Yadigar olaraq qorunan qrafinin sınması adi məişət hadisəsi kimi görünsə də, mahiyyət etibarilə daha dərin məna ifadə edir. İnsan ümidlərinin sarsılması, mənəvi bütövlüyün zədələnməsi və itkilərin geridönməzliyi kimi simvolik məzmun daşıyır. Baş qəhrəmanın uzun illərdən sonra Məsmə xalaya  yeni qrafin hədiyyə etmək istəməsi, lakin onun bu hədiyyəni qəbul etməməsi epizodu isə mənəvi borcun maddi şəkildə tam əvəz edilə bilmədiyini vurğulayır. 

Kənd sakinlərinin hər biri  fərdi davranış və mübarizə yolları nümayiş etdirsələr də,  həmrəylik, qarşılıqlı dəstək və bir-birinə dayaq olma meyli xalqın birliyinin və kollektiv gücünün bədii ifadəsinə çevrilir. 

Hekayədə vətən həsrəti insanın mənəvi-psixoloji dünyasına böyük təsir göstərən əsas ideya istiqamətlərindən biri kimi təqdim olunur. Baş qəhrəman Süsənbərin  vətən nisgili onun keçmişinə, uşaqlıq xatirələrinə, doğma yurduna və milli-mədəni mühitə bağlılığı ilə sıx şəkildə əlaqələndirilir. Bu baxımdan, vətən həsrəti yalnız coğrafi məkandan uzaq düşməyin yaratdığı duyğu deyil, həm də insanın mənəvi köklərindən, tarixi yaddaşından və milli kimliyindən ayrılmasının doğurduğu psixoloji sarsıntı kimi xarakterizə olunur. 

Müəllif Süsənbərin xatirələri ilə, bütövlükdə, Azərbaycan xalqının tarixi yaddaşını, yaşadığı ağrı-acıları və çətin tarixi sınaqları bədii şəkildə əks etdirir. Hekayə uzun illər doğma yurdlarından ayrı düşmüş, vətən həsrəti ilə yaşayan insanların mənəvi iztirablarını, itirilmiş yurd yerlərinə bağlılığını və həmin torpaqlara qayıdış arzusunu təsvir edən mühüm bədii nümunə kimi diqqəti cəlb edir. Müəllif oxucunu tarixi keçmişlə üz-üzə qoyur, milli yaddaşın qorunmasının vacibliyini ön plana çəkir və xalqın yaşadığı faciələrin unudulmamasının əhəmiyyətini vurğulayır.Bu xüsusiyyətlər hekayənin həm bədii-estetik, həm də ictimai-mənəvi əhəmiyyətini artıran mühüm amillər kimi qiymətləndirilə bilər.   

“Mənim çəkmələrim” Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın   faciəsinin, vətən həsrətinin və milli yaddaşın bədii ifadəsidir. Hekayə həm bədii-estetik dəyəri, həm də tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli bədii nümunədir.

Süsənbər AĞAMALIYEVA,

Naxçıvan Dövlət Universiteti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see261

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see214

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see193

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see192

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see192

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see191

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see190

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see189

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see188

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see165

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see161

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see157

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see154

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see153

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see151

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see151

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri