Icma.az
close
up
RU
Yurda döndük, imana gəldik!

Yurda döndük, imana gəldik!

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəbrayıl rayonu Horovlu kəndinin sakinləri sevinclərini belə ifadə edirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan sakinlər doğma yurduna sevinc göz yaşları ilə qayıdırlar.

248 hektar ümumi sahəsi olan kənddə birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqla müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib. İşğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. 4,4 hektar ərazidə park kompleksi inşa olunub. Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Doğma yurda qayıdan kənd sakinləri ilə həmsöhbət olduq. Şəhid atası Hümbət Kəlbalıyev bildirdi ki, sevincdən doğan qürur hissi mənə qol-budaq verir. Çünki kəndimizə qayıdan kimi köçkünlük dövründə qarşılaşdığım ağrıları bir anlığa unutdum və şəhid oğlumun ruhunun şad olduğunu bir daha hiss etdim. 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olan oğlum Səyavuş hərbçi olaraq torpaqlarımızın azad olunması uğrunda ağır döyüşlərdə iştirak edib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi başa vurduqdan sonra o, xidmətini xüsusi hərbi hissədə davam etdirib. Kəşfiyyat rəisi olaraq bir çox ərazilərdə, eləcə də Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub. Səyavuş 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün oğlum Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

4 otaqlı mənzillə təmin edilən şəhid atası söhbətin sonunda yaradılan şəraitdən də razılıq hissi ilə danışdı.

Kəndə öz istəyi ilə qayıdan Nurlan Əhmədov Beyləqan rayonu sakini olsa da bir hərbçi kimi azad olunan ərazilərdə yaşamaq istədiyinə toxundu:

- Vətən müharibəsində işğaldan azad olunan bir çox ərazilərdə döyüşərək III dərəcəli əlil olmuşam. Füzuli, Cəbrayıl, Laçın, Hadrut, Qubadlı rayonları ərazisində çoxsaylı döyüşlərdə iştirak etmişəm və 5 medalla təltif olunmuşam. Horovlu kəndi isə mənim üçün müqəddəs yerdir. Döyüşlərin qızğın vaxtında burada 7 saat mühasirədə qalmışıq. Ağır yaralardan sağaldıqdan sonra arzulayırdım ki, torpaqlarımız alınandan sonra bu kənddə yaşayım. Bu səbəbdən də müraciətimə müsbət cavab verildiyindən xeyli qürur hissi keçirdim. 4 otaqlı bütün şəraiti olan mənzillə təmin olunmuşam və 3-cü sinifdə oxuyan qızım hər səhər sevinc hissi ilə məktəbə gedir.

Horovlu kənd orta məktəbinin direktoru Zamiq Həmzəyev söhbətə qoşularaq bildirdi:

– Kəndimiz işğal olunanda 2-ci sinifdə oxuyurdum və bu günü böyük bir səbirsizliklə gözləyirdim. Ali təhsil aldıqdan sonra Biləsuvar rayonu ərazisindən olan Cəbrayıl qəsəbəsində müəllim və məktəb direktoru işləsəm də kəndə qayıtmaq arzusu ilə yaşayırdım. Hiss edirdim ki, atam kimi məktəbli uşaqlarım da buna böyük üstünlük verirlər. Atam kənddə dəfn etdiyi anasının məzarı üçün də bərk darıxırdı. Bu səbəbdən də kəndimizə gələn atam ilk öncə əzizlərinin məzarını ziyarət etdi.

Horovlu kəndinin həmsöhbət olduğum digər sakinləri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri