Icma.az
close
up
RU
Yurda uzanan yollarda gənclik karvanı

Yurda uzanan yollarda gənclik karvanı

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin layihəsi uğurla davam edir. “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetetində keçirilib. Tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib.  Azərbaycanın dövlət himni səsləndirilib. Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbəliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.  Növbəti tədbirimizin Pedaqoji Universitetə salınmasının isə rəmzi mənası var. Beləki Qərbi Azərbaycanda Sovet dönəmində- ermənilərin yurdumaza hakim olduğu dövrdən sonra iş tapa bilən ali təhsillilər əsasən Pedaqoji Universitetin yetirmələri idi. Həm də burda təhsil alan tələbələrin əksəriyyəti sabahın anaları, ailədə də, məktəbdə də yetişəcək nəsillərimizin təlim-tərbiyəçisi olacaq qızlarımızdır.

Qonaqları salamlayan pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova belə mühüm layihənin Pedaqoji Universitetdə keçirilməsinə və dövlətimizin siyasətinə verdikləri dəstəyə görə layihə rəhbərinə təşəkkür edib. 1988-ci ildə 16 yaşındakən Qərbi Azərbaycanının Vedibasar mahalından erməni faşistləri tərəfindən qovulan Şaiq Məmmədovun keçdiyi şərəfli döyüş yolundan bəhs edən “Ölümü öldürənlər” filmi nümayiş olunub. Filmin qəhrəmanı polkovnik Ş. Məmmədovun elə buranın məzunu olduğunu bildirməsi universitet kollektivi tərəfindən sevinclə və alqışlarla qarşılanıb.

Polkovnikin müəllimi pedaqoji elmlər doktoru,  Əməkdar elm xadimi Fərrux Rüstəmov tədbirə qatılan qazilərə xüsisi ehtiramını bildirərək, doğulduğu Qərbi Azərbaycanda şahidi olduğu, eşidib, duyduğu dəhşətli hadisələrdən bəhs edib.

Layihənin eksperti- tarixçi Bəxşeyiş Ələmşahov erməni vandallarının qədim yurd yerlərimizdə törətdikləri vəhşiliklərdən, Zəngəzur mahalında başına gələnlərdən, 1988-ci ilin dəhşətlərindən və özünün 37 illik yurd həsrədindən danışıb. Filologiya elmləri doktoru, professor İbrahim Bayramov, filmin qəhrəmanı Şaiq Məmmədovun cəbhə yoldaşı Orxan Orucovun əmisi-pedaqogika elmləri doktoru Vidadi Orucov çıxış edərək uzun illər xalqımızın başına gətirilən bəlalardan, yaşadığımız faciələrdən söhbət açıblar. Xarici güclər tərəfindən Azərbaycanımıza  sırınmış Qarabağ probleminin həlli yolunda üzləşdiyimiz çətinliklərdən, 44 günlük Vətən Müharibəsində qazandığımız zəfərdən danışıblar.  O zəfərin qazanmasında payı olan qazi Ələkbər Məmmədov Şəhid əsgərinin son istəyi barədə xatirəsini danışarkən göz yaşlarına hakim ola bilməyib.

Qazilərlə tələbələrin bu müqəddəs təhsil ocağında görüşməsi professor-müəllim heyətini qürurlandırıb, bir az da duyğulu anlar yaşanıb.

Tədbirin rəsmi hissəsindən sonra tələbələrə son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu Bukletlər paylanıb.  Tamxil Ziyəddinoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasına bağışladığı “Güllə səsinə açılan qapı” kitabını Nailə Hüseynovaya təqdim edib. Görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Arzu edənlərə müəllif aftoqrafı verilib. Beləcə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara daha bir gənclik karvanı çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri