Icma.az
close
up
RU
Yuri Boçarov: Zəngəzur dəhlizi regional əməkdaşlığın yeni mərhələsini açır

Yuri Boçarov: Zəngəzur dəhlizi regional əməkdaşlığın yeni mərhələsini açır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan tarixi irəliləyişdən sonra Zəngəzur nəqliyyat dəhlizinin gündəmə gəlməsi Cənubi Qafqazın iqtisadi və geosiyasi mənzərəsini köklü şəkildə dəyişəcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov ifadə edib.

Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə regionu yeni əməkdaşlıq mərhələsinə çıxarır və Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

“Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas tranzit qovşağına çevrilir. Türkiyə Türk dünyası ilə quru əlaqəsini gücləndirir, Ermənistan isə iqtisadi təcriddən çıxaraq regional tərəfdaşlığa inteqrasiya edir. Bu marşrut həm də ABŞ-ın regionda mövcudluğunu artırır ki, bu da geosiyasi balansın dəyişməsi deməkdir”, - deyə Boçarov vurğulayıb.

O qeyd edib ki, ABŞ, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri və hətta Ermənistanın dəhlizin reallaşmasında maraqlı olması layihənin uğur şanslarını xeyli artırır.

"Prezident İlham Əliyev güclü beynəlxalq dəstəyə malikdir. Onun siyasi iradəsi və uzaqgörən strategiyası Azərbaycanı yenidən region gündəminin mərkəzinə çıxarır. Bu, Azərbaycanın qətiyyətli diplomatiyasının növbəti uğurudur”, - deyə israilli politoloq əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri