Icma.az
close
up
RU
Maliyyə naziri: Zəngəzur dəhlizinin açılması ilə regional əməkdaşlığın gücləndirilməsi hədəflənir

Maliyyə naziri: Zəngəzur dəhlizinin açılması ilə regional əməkdaşlığın gücləndirilməsi hədəflənir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə qonşu ölkələr arasında (regional) əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

525.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir, Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın İtaliyanın Milan şəhərində keçirilən 58-ci İllik Toplantısına müraciətində bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi regional əlaqənin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edən strateji təşəbbüsdür: "Bu dəhliz Asiya ilə Avropa arasında mühüm bir bağlantı rolunu oynayaraq, region üzrə mal, xidmət və insanların hərəkətini asanlaşdırır. Azərbaycan bu dəhlizə investisiya yatırmaqla yeni iqtisadi imkanların açılmasını və davamlı inkişafın təşviqini hədəfləyir. Zəngəzur dəhlizi sadəcə fiziki infrastruktur layihəsi deyil; bu, həm də dayanıqlı tərəfdaşlıqların qurulmasına, regionda sabitlik və rifahın təmin olunmasına sadiqliyin göstəricisidir”.

“Azərbaycan özünü regionda Şərq-Qərb ticarəti üçün mühüm bir logistika mərkəzi kimi möhkəmləndirmək istiqamətində fəal addımlar atır, dəmir yolları, limanlar və avtomobil yolları kimi əsas infrastruktur layihələrinə əhəmiyyətli dərəcədə sərmayə qoyur. Xüsusilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tamamlanması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi layihələri Şərqi, Mərkəzi və Cənubi Asiya ilə Avropa arasında ticarətin tranzit imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionları Mərkəzi Dəhliz çərçivəsində xüsusi strateji önəmə malikdir, Azərbaycanın regional əlaqə və iqtisadi inteqrasiyadakı rolunu daha da gücləndirir", - deyə nazir qeyd edib.

Bundan başqa, o əlavə edib ki, Asiya İnkişaf Fondunun (ADF) iqlim dəyişikliyi ilə mübarizə, regionun ən kasıb və həssas ölkələrinə dəstək baxımından rolu olduqca vacibdir: “ADF ətraf mühitlə bağlı aktual çağırışların həllində zəruri maliyyə resurslarını təmin edir. Azərbaycan ADF-in fəaliyyətini dəstəkləyir, onun regionda iqlim dəyişikliyinə qarşı mübarizə və davamlı inkişafın təşviqi baxımından əhəmiyyətini yüksək qiymətləndirir. Bu məqsədlə, Qubernatorlar Şurasını məlumatlandırmaq istərdim ki, Azərbaycan ADF üçün ümumilikdə 2 milyon ABŞ dolları töhfə vermək üçün zəruri addımlar atıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see227

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see147

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see126

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

01 Oktyabr 2025 21:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri