Icma.az
close
up
RU
Yuri Vernidub: Bizdə ulduz yoxdur, kollektiv var

Yuri Vernidub: Bizdə ulduz yoxdur, kollektiv var

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 18-ci turunun Misli Premyer Liqasının "Araz-Naxçıvan"a(0:3) qarşı keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Sizdən öncəki məşqçilər Roman Qrioqrçuk, Samir Abasov komandanın fiziki durumundan şikayətlənirdi. Bu gün isə komandada həm oyun intizamı var idi, həm də yüksək pressinq tətbiq edirdi. Demək olar ki, qışda daha çox fiziki durum üzərində işləmisiz ? Bu yöndə enişin yaşanmaq təhlükəsi var, yoxsa mövsümün sonuna qədər bu fiziki durumu saxlaya biləcəksiz?

- Əvvəldən istəyim o olmuşdu ki, bu performansımız bir oyunluq olmasın, hər matçda belə olaq. Çünki futbolçularım bunu edə bilərlər. Fiziki vəziyyətə gəldikdə, daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var. Çünki komandanın yaxşı fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirərlər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdi, onlar yox idi. Heç bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular, digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün - bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.

- "Zirə" ilə ötən turda edə bilmədiyiniz nələri bu gün etdiz? O matçı analiz edəndə, futbolçulardan bu gün nəyi etməli olduqlarını tələb etdiniz?

- Demişdim ki, "Zirə" ilə oyun çətin idi. Düşünmürəm ki, "Zirə" ilə oyuna hazır deyildik. Orada psixoloji durum faktoru rol oynadı. Yoldaşlıq matçlarındakı gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacam.

- Freddi Varqasın zidisi nə dərəcədə ciddidir?

- Dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. ümid etməlk istəyirəm ki, hər şey yaxşı olacaq.

- Azərbaycanlı futbolçular rəqabətə görə çox da oynamırlar. Onların icarəyə yollanmasına icazə verəcəksiz?

- Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. BUna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacam. "Qəbələ"yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.

- Yəqin ki, "Qəbələ" sizin üçün doğma klubdur. Bu klubda oğlunuz möhtəşəm heyətin üzvü olub. Oyun haqda nə düşünürsüz?

- Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən "Neftçi"nin udmasını istəyirəm. "Qəbələ"nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq.

- Həm Andrey Ştoqrin, həm də Murad Məmmədov 90 dəqiqə oynamır. Bu, onların funksional hazırlığının 90 dəqiqə hazır olmamasını göstərir, yoxsa necə?

- Ştoqrin oyunun gedişində dizindən zərbə oldu. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Əgər fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar. Abubakar və Kurçi qol vurdu, gözəl, super.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Fevral 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri