Icma.az
close
up
RU
Neftçi nin uğur qazanacağına inanmasaydım, burada olmazdım Yuri Vernidub

Neftçi nin uğur qazanacağına inanmasaydım, burada olmazdım Yuri Vernidub

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi"nin uğur qazanacağına inanmasaydım, burada olmazdım" - Yuri Vernidub

"Birinci hissə o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirdik. Bilirik ki, o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çətindir. Çünki hər matçda xal qazanmalıyıq".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 17-ci turunda "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis komandasının oyunun ilk hissəsində hücuma çıxmaqda çətinlik çəkməyinə və 2-ci hissədə Freddi Varqasın meydana daxil olmasından sonra isə istəkli görünməsinə münasibət bildirib: "Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Ola bilər ki, əsəbi olmaq, psixoloji durum onlara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam. İkinci hissədə bəzi dəyişikliklər etdik. Əgər bizdə birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idisə, ikinci hissədə dəyişiklik etdik. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında idi. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı hücumçular arasında məsafə böyük idi. Özüm də görürdüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, 16 oyunumuz var. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik".

Y.Vernidub müdafiəçisi Elvin Bədəlovun hücuma çox çıxmasından da danışıb: "Bizdə elə tələb var ki, əgər müdafiəçilərimiz topu qəbul edirlərsə, topla da hərəkət etməlidirlər. Məsafə baxımından önəmlidir. Biri var dayandığı yerdən ötürmə etmək, biri də var topla hərəkət edib, daha irəlidə etmək. Bütün dünya indi belə oynayır".

Baş məşqçi "Demək olar ki, özünüz üçün heyət formalaşdırmısız? Qış toplanışında daha çox Emil Balayev qapıda idi. İndi isə Kenan Piriçə şans verdiniz..." sualına da cavab verib: "Toplanış toplanışdır. Biz həmin vaxt futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bugünkü heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamısı oynamaq istəyir. Əlimdən gələni edəcəm ki, hamısı oynasın. Qapıçı məşqçimiz "Beşiktaş"da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, o oyunçularla necə işləyir. Vaxt gələcək Rza Cəfərov da, Emil Balayev də oynayacaq. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim".  

O,"Neftçi"nin hazırkı heyətinin sabiq komandası “Krivbass”dan daha güclü olduğunu deyib: "22 nəfər futbolçu var, toplanışda da gördüz ki, hamısı oynamaq istəyir. Pis oyun göstərmədilər. Həmin vaxt basqı da az idi. Amma gözəl oynadılar. Fərq etmir, hər mövqedə 2 oyunçum var. Biri digərindəm bir az güclü, bir az zəif ola bilər. Amma bu önəmli fakt deyil. Bəziləri var ki, sürətdə yaxşıdır, bəziləri topu almaqda yaxşıdır. Buradakı olan heyət "Krivbass"dan daha güclüdür. Amma onların başqa üstünlüyü var idi. Onlar qələbədən baqa heç nə istəmirdilər. Nəticədə onu göstərdi ki, bürünc medal qazandılar. Ümid edirəm ki, bizim oyunçular da belə olacaqlar. Nəticə əldə etmək üçün ac olsunlar. İstəyərdik ki, ən yuxarıda olaq. Amma ən azından başlanğıc üçün hansısa nəticə göstərməlidirlər. Necə olacağını zaman göstərəcək".

Sonda Y.Vernidub "Söz verirsiniz ki, "Neftçi"yə uğur qazandıracaqsız? Ümumiyyətlə, inamınız neçə faizdir" sualına belə cavab verib: "İnanmasaydım, burada olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzu etməkdir. Bunlar olmasa, həyatın nə mənası olar?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Yanvar 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri