Icma.az
close
up
RU
Yuri Vernidub: “Rza Cəfərov səhvlər etdi, amma...”

Yuri Vernidub: “Rza Cəfərov səhvlər etdi, amma...”

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la(3:3) görüşündən sonra mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 

- Qələbəni niyə əldən verdiniz?

- Bu, idmandır, futboldur. Bəzi hallarda olur ki, 0:3 olur, sonra 3:3, ya da 4:3 uduzursan. Əsas odur ki, nəticə çıxarmaq lazımdır. Derbidir. Burada heç kim uduzmaq istəmir. Əlbəttə ki, bu,  bizə heç nə bonus vermir. Mütləq  qələbə qazanmaq lazım idi.

- Demək olar ki, artıq "Neftçi" üçün "Qarabağ" və "Sabah" qorxulu rəqib deyil?

- "Sabah"la oyun bəlkə hesab olunmur, Azərbaycanda "Neftçi" və "Qarabağ"ın oyunu derbi hesab olunur. Bu iki klub Azərbaycan çempionatında 1000 oyun oynayıb. Bu da artıq çox şey deyir. Bu, onu göstərir ki, düz yoldayıq. "Neftçi"nin daha güclü olması üçün işimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Hədəfimiz ən yuxarıda olmaqdır. Necə olacağını çempionatdakı növbəti oyunlar göstərəcək. Bu günə qədər çempionatın 1/4 hissəsi geridə qalıb. Qarşıda bizi 25 oyun gözləyir. Kim ən doğru yolla davam etsə, qələbə də onun olacaq.

- "Qarabağ" və "Sabah"a uduzmasanız, amma qalib də gələ bilmədiniz. Bu oyunlarda 4 xal itirdiniz?

- Səmimi deyirəm ki, bəli. Son 2 oyunda 4 xal itirdik. Xüsusilə də, bu gün.

- Rotasiya imkanlarınız genişdir. Sona az qalmış 2 qol buraxmaq sizi narahat edir?

- İndi çox şeydən danışa bilərik. Sakit və təmkinlə gedib yatmaq lazımdır. Sabah oyunu analiz etməliyik. İnanın ki, hər oyunun ciddi təhlilini edirik. Ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışırıq, bəlkə bəzilərinin xoşuna gəlmir. Amma düşünürəm ki, futbol şahmat kimidir. Topu qabağa vurmaqla bitmir. Necə oyun qurmaq lazım olduğunu bilməliyik. Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq.

- Hər iki tərəfdə qapıçılar kobud səhvlərə yol verdi. Qapıçı transfer etmədiyinizə görə peşmansız?

- Bu barədə çox şey demək olar. Bizim iki güclü azərbaycanlı qapıçımız var. İkisi də yaxşı qapıçıdır. Emil Balayevin 38 dərəcə hərarəti var idi. Oyuna Rza Cəfərov çıxdı. Səhvlər ola bilər. Hətta mən deyim ki, Avropanın tanınmış qapıçıları da səhvlər edir. Amma o demək deyil ki, qapıçı transfer edilmədi deyə, bunlar baş verdi. Rza millinin qapıçısıdır. Emil Balayev də var. Gənc qapıçılarımız da var. Azərbaycanlılar var ki, onların üzərində işləmək, daha inkişaf etdirmək daha faydalıdır, nəinki kənardan gətirək. Milli üçün də faydalı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Oktyabr 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri