Bəzi səhvlər üzərində işləyəcəyik, getdikcə artıracağıq Yuri Vernidub
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Rumıniyanın “ÇFR Kluj” klubu ilə yoxlama oyunundan (1:2) sonra klubun rəsmi saytına açıqlama verib.
Sportal.az sizi həmin açıqlama ilə tanış edir:
“Təlim-məşq toplanışında ilk yoxlama görüşümüz idi. Bunadək yalnız öz aramızda ikirətəfli oyun keçirmişdik. Çalışdıq ki, futbolçuların çoxuna şans verək, mümkün qədər hamını iş başında görək. Fərqli-fərqli hissələr oldu. Breno Almeydanın belində yüngül narahatlığı var idi, bu səbəbdən meydana buraxmadıq. Alessio Kurçi isə matç zamanı çiynindən zədələndi, vəziyyəti indi qiymətləndirilir. Gənc oyunçulara da şans verdik. Ümumilikdə oyundan razı qaldım. Rəqibimiz güclü və keyfiyyətli komanda idi. Bəzi səhvlər üzərində işləyəcəyik, getdikcə artıracağıq. Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 02 İyul 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















