Yuventus onu satmağa hazırdır
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Atletiko”nin hücumçu Nikolas Qonsalesin transferi ilə bağlı ilk rəsmi təklifini hazırlayır.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira öz “X” səhifəsində məlumat yayıb.
Argentinalı futbolçu keçidə müsbət yanaşır. Buna səbəb onun Turin təmsilçisinin baş məşqçisi İqor Tudorla anlaşılmazlıq yaşamasıdır.
Qeyd olunur ki, “Yuventus” 27 yaşlı oyunçunu 30 milyon avro dəyərində qiymətləndirir və satmağa hazırdır.
Ötən mövsümdə Qonsales bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Yuventus onu satmağa hazırlaşır
22 Noyabr 2024 20:24
Yuventus futbolçusunu 20 milyon avroya satmağa hazırdır
29 May 2025 22:03
Yuventus Vlahoviçi satmağa qərar verdi Yarıbayarı ucuz qiymətə
23 Fevral 2025 13:23
Yuventus onu komandadan göndərir
01 Aprel 2025 15:24
Yuventus onu birdəfəlik alır
08 May 2025 18:30

