“Yuventus”u layiq olduğu yerlərə qaytarmaq üçün çalışırıq”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yuventus"un baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasında "Mançester Siti"yə qalib gəldikləri oyunu şərh edib. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
"İşimizdən çox razıyam. Son illərdə müstəsna nəticələr göstərən komandaya qarşı çox yaxşı oynadıq. Azarkeşlərimiz bu komanda ilə fəxr etməlidirlər. Çempionlar Liqasında cəmi bir oyunda uduzmuşuq. "Yuventus"u layiq olduğu yerlərə qaytarmaq üçün çalışırıq".
"Yuventus" Çempionlar Liqasında 6 turdan sonra 11 xalla 36 komanda arasında 14-cü sıradadır.
Bu mövzuda digər xəbərlər:“Yuventus”u layiq olduğu yerlərə qaytarmaq üçün çalışırıq”
12 Dekabr 2024 15:48
“Siti” “Yuventus”u “kötəklədi”
05 İyul 2025 13:25
UEFA “Yuventus”u araşdıracaq
17 Oktyabr 2025 12:02
Fransalı hücumçu “Yuventus”u istəyir
28 İyul 2025 15:33
Mançini “Yuventus”u çalışdırmağa yaxındır
19 Mart 2025 14:49
Baxış sayı:85
Bu xəbər 12 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















