Icma.az
close
up
RU
Yuxu pozuntularının insan psixikası ilə əlaqəsi

Yuxu pozuntularının insan psixikası ilə əlaqəsi

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur. Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin də psixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Psixoloqun fikrincə, günümüzdə ən aktual problemlərdən biri də yuxu pozuntusudur. Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır. Hesab edilir ki, normal yuxu vaxtı 7-9 saat arası olmalıdır: “Hər kəs bir neçə gecə yuxusuzluqdan əziyyət çəkə bilər, ancaq bu vəziyyət həftələr və ya aylarla davam edərsə, yuxusuzluq və ya xroniki yuxusuzluq kimi qeyd edilə bilər. Təbii ki, normal yuxu vaxtının olmaması insanların həyatına təsir edir, həyat keyfiyyətini aşağı salır. Yuxusuzluq hər yaşda baş verə bilər, lakin qadınlarda və yaşlılarda daha çox rast gəlinir. Gərgin iş rejimi, xroniki stres, depressiya, texnoloji vasitələrdən hədsiz istifadə və s. kimi hallar yuxusuzluq problemi yarada bilər. Yatmadan öncə ağır qidalar, qazlı içkilər qəbul etmək də yuxusuzluq yarada bilir. Bu problem birbaşa olaraq insan psixologiyasına da mənfi təsir edir. Zaman keçdikcə psixoloji pozuntu halına da keçə bilir. Artıq bu hallar həyat fəaliyyətimizə, ailəmiz və ətrafımız ilə münasibətimizə təsir edirsə, mütləq professional dəstək almaq lazımdır. Yuxu problemi olan insanlarda aqressiya, əsəbilik, stres, gərginlik daha çox görülən hallar sırasındadır. Bu problemin aradan qaldırılması üçün zamanında psixoloq dəstəyi və dərman müalicəsi lazımdır”, - deyə psixoloq Yeganə Əsgərova bildirib.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri