Yuxuda diaqnoz dövrü başlayır: süni intellekt 130 xəstəliyi əvvəlcədən görür
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Stenford Universitetinin alimləri yalnız bir gecəlik yuxu məlumatlarını analiz edərək 100-dən çox xəstəliyi əvvəlcədən proqnozlaşdıra bilən "SleepFM" adlı süni intellekt modelini təqdim ediblər.
Tədqiqatçılar bildiriblər ki, yeni model 65 min iştirakçıdan toplanmış təxminən 600 min saatlıq yuxu məlumatı əsasında öyrədilib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, "SleepFM" modeli ürək tutması, demans və müxtəlif xərçəng növləri də daxil olmaqla 130 fərqli sağlamlıq vəziyyətini yuxu siqnalları əsasında proqnozlaşdırmaq gücünə malikdir. Xüsusilə Parkinson xəstəliyi və prostat xərçəngi riskini 89 faiz, demansı isə 85 faiz dəqiqliklə müəyyən edə bilməsi diqqət çəkir.
Beyin dalğaları, ürək döyüntüsü və tənəffüs göstəricilərini birləşdirən bu sistem, insan orqanizminin yuxu zamanı verdiyi siqnallar vasitəsilə sağlamlıqla bağlı potensial problemləri erkən mərhələdə üzə çıxarmağı hədəfləyir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















